Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan bayrağı Kaliforniyada qaldırıldı - FOTO
20 Oktyabr 2014 11:22
Baxış: 1 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Müstəqillik Günü münasibətilə 2014-cü ilin oktyabrın 17-də ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərinin meriyası qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, dövlət bayrağımızın qaldırılması San-Xose şəhərində fəaliyyət göstərən Azərbaycan İcma Mərkəzinin sədri Mehriban Məmmədovanın səyləri və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə gerçəkləşib.
Bu münasibətlə keçirilən mərasimdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib. Həmçinin, San-Xose şəhərinin meri Çak Rid, vitse-meri Mədison Nquyen, Şəhər Şurasının üzvü Conni Xamis, eləcə də yerli Azərbaycan icmasının üzvləri və digər şəxslər tədbirə qatılıblar.
Qeyd edilməlidir ki, San-Xose şəhəri dünyanın informasiya texnologiyaları mərkəzi olan Silikon Vadisinin paytaxtıdır, ABŞ-ın 10-cu, Kaliforniyanın isə 3-cü ən böyük şəhəridir.
Tədbirin başlanğıcında Azərbaycan bayrağı dövlət himnimizin sədaları altında təntənəli surətdə qaldırlıb.
Mərasimdə çıxış edən baş konsul N.Ağayev Azərbaycanın müstəqilliyinin bərpa olunmasına gedən yoldan, bu yolda Azərbaycan xalqının verdiyi qurbanlardan, müstəqil dövlət kimi ölkəmizin əldə etdiyi uğurlardan və qısa müddətdə bölgənin ən güclü dövlətinə çevrilməsindən söhbət açıb.
San-Xose şəhərinin meri Çak Rid isə çıxışında Azərbaycan bayrağının San-Xose meriyası qarşısında ilk dəfə qaldırılmasının əlamətdar hadisə olduğunu, Azərbaycan ilə ABŞ arasında münasibətlərin iki xalqın mənafelərinə uyğun olaraq daha da inkişaf etdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycan İcma Mərkəzinin sədri Mehriban Məmmədova çıxış edərək, San-Xose şəhərində Azərbaycan bayrağının qaldırılması işinə verilən dəstəyə görə təşəkkürünü bildirmiş, bundan sonra bir ənənə olaraq hər il Müstəqillik Günü münasibətilə meriya qarşısında bayrağımızın qaldırılmasından məmnun olacaqlarını söyləyib.
Tədbirdə San-Xose vitse-meri M.Nquyen və Şəhər Şurasının üzvü C.Xamis də çıxış edərək, Müstəqillik Günü ilə bağlı təbriklərini çatdırıb, Azərbaycana bundan sonra da böyük uğurlar arzulayıblar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək