Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bəhs edərkən, heç şübhəsiz, tarixə "İstiqlalçı deputatlar" adı ilə düşən 43 nəfəri də yada salmaq lazımdır.18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür
1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.
Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və onlar tarixə "İstiqlalçı deputatlar" adı ilə düşüblər. Yerdə qalan 300-dək deputat biz "SSRİ-ni istəyirik" fikrini səsləndiriblər.
1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Modern.az-ın məlumatına görə, 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub.
Amma 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi Günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. O zamandan rəsmi bayram statusunu itirən həmin tarixlər iş günü sayılır.
18 oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmayıb. Bəzi tarixçilər Milli Məclisin Azərbaycan üçün çox önəmli bir tarixi dövlət səviyyəli bayramlar siyahısından çıxararaq, onu peşə bayramı səviyyəsinə endirməsini mənfi hal kimi qiymətləndirir.
Onu da qeyd edək ki, 1991-ci ildə Dövlət Müstəqilliyi Aktının əleyhinə çıxan Ali Sovetin bəzi keçmiş deputatları hazırda müstəqil Azərbaycan Respublikasında rəhbər vəzifələr tuturlar.
Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) ölkəmizi müstəqil dövlət kimi qəbul ediblər.
2 mart 1992 ci-ildə isə Azərbaycan BMT-yə üzv qəbul olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
-
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi AÇIQLAMA
-
Əli Kərimliyə ağır İTKİ - FOTO
-
Boru partladı, ərazi su içində qaldı
-
Səbuhi Qasımov İspaniyada vəfat etdi
-
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həlak oldu
XƏBƏR LENTİ
-
Yalandan toy xəbəri yaymasına aydınlıq gətirdi
-
Arbeloa Valverde və Tçuameni arasındakı davaya aydınlıq gətirdi
-
Daha bir gəmidə virus aşkarlandı - 115 yoluxma
-
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
-
"Sovet dəmiryolçuları pərdələri çəkdilər": Tramp Bakı üzərindəki UFO-ları və "Apollon"a tutulan lazeri ifşa etdi
-
Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
-
Piyadanı təyyarə vurdu - FOTO
-
İlham Əliyev: Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir
-
DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib - FOTO
-
İlham Əliyev: Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir
-
"El-Klasiko"dan əvvəl "Real Madrid" azarkeşləri üçün şad XƏBƏR
-
Başına dəhrə sancılan kişi təcili yardımda saatlarla telefonla oynadı
-
Mayda bu BÜRCÜLƏRİN mütləq bəxti gətirəcək
-
İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO
-
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTO
-
Bu vərdişlər infarkt riskini ARTIRIR
-
Zaqatalada iş adamını güllələyən SAXLANILDI - Yenilənib - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO
-
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi AÇIQLAMA
-
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib - FOTO
-
"Ölüm zonası"nda hərbçiləri robotlar əvəzləyəcək: 25.000 yerüstü....
-
İlhame Quliyevanı parodiya etdi - VİDEO
-
"Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"





