Cəmiyyət

Azərbaycanda yeni çəkilən yol niyə viran qaldı?

13 Oktyabr 2014 01:30
1 Şərh     Baxış: 2 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçala rayonunda bir il əvvəl təmir olunmuş yol bərbad vəziyyətdədir"

Bu sözləri Milli.Az-a göndərdiyi məktubda Məmməd Bəşirov adlı Neftçala sakini yazıb. 

Onun sözlərinə görə, Şorsulu-Xolqarabucaq-Xəzərkənd yolunun yenidən qurulması 5 milyon üçün vəsait ayrılmışdı. "Texnoyol" MMC tərəfindən yol 2013-cü ilin oktyabr ayında çəkilib başa çatdırılıb. Lakin 3-4 ay sonra yol çökməyə və dağılmağa başlayıb.

Oxucu yolun texniki vəziyyətindən də söz açaraq qeyd edib ki, yol iki qatdan ibarət 10 sm qalınlığında çəkilməli idisə, bir qat və təməli bərkidilmədən çəkilib. 

"Yay aylarında gəlib dağılmış hissələrə gözdən pərdə asmaq üçün yamaq vurdular. Hal-hazırda həmin yamaqlar da bərbad vəziyyətdədir. Yolun nişanlanması daha pisdir və düzgün vurulmayıb. Rənglənmə işləri, ümumiyyətlə, yerinə yetirilməyib. Yolun sifarişçi tərəfindən təhvil alınmasında da qeyri-obyektivliyə yol verilmişdir. Belə getsə, yol gələn il daha da bərbad vəziyyətə düşəcəkdir. Bununla əlaqədar kimin hansı quruma müraciət edəcəyini heç kəs bilmir. Xahiş edirik ki, köməklik göstərəsiniz. Öncədən təşəkkür edirəm", - o qeyd edib. 

Məsələ ilə əlaqədar saytın əməkdaşı Neftçala rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, Neftçala ərazisindəki yollar təmir olunub. Tək oxucunun qeyd etdiyi yol deyil, bütün Neftçala ərazisindəki yollar təmir olunub. Yenidən əsaslı təmir olunacaq. 

İcra hakimiyyətində müxbirin telefon zənginə cavab verən xanım daha ətraflı Memarlıq Şöbəsində məsləhətçi vəzifəsində çalışan Ədalət İmanovla əlaqə saxlamağı tövsiyə edib. 

Ədalət İmanov jurnalistin zəngini və oxucunun iddialarını təəccüblə qarşıladı. 

"Mən üç ay olar işə başlamışam. Bilirəm ki, keyfiyyətsizdir. Onu yoxlayan adamlar var. İcra hakimiyyəti var. Gəl de ki, keyfiyyətsiz edilib. Hansı idarə edibsə, get onun yanına", - o əlavə edib. 

Daha sonra isə "Yazın ora ki, yol keyfiyyətsizdir" deyərək telefonu qapadıb. 

Teymur Hacıyev

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.