Cəmiyyət

Dünyanın sonunda oturub avtobus gözləmək - FOTO

6 Oktyabr 2014 16:56
0 Şərh     Baxış: 4 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakı şəhərində və ətraf qəsəbələrdə avtobus dayanacaqları bərbad vəziyyətdədir. Dayanacaqlar vaxtlı-vaxtında təmizlənmir. Bundan başqa, dayanacaqlara elan və reklamlar yapışdırılır. Milli.Az bildirir ki, bu barədə paytaxt sakinləri anspress-in "qaynar xətti"nə şikayət bildiriblər.

Sakinlərin sözlərinə görə, paytaxtdakı bir çox dayanacaqlarda sərnişinlərin rahatlığı üçün şərait yaradılmayıb. Sərnişinlərdən biri, Cavid Babayevin sözlərinə görə, hər səhər dayanacaqlarda zir-zibilin içərisində dayanmaq məcburiyyətində qalırlar.

"Bəzi dayanacaqların şüşələri sınıb. Bəziləri zibil içərisində olur. Səhər-səhər işə gedəndə adamın ürəyi bulanır. Yağış yağanda, hava küləkli olanda qalırsan belə. Dayanacaqda daldalanmağa imkan da olmur", - deyə Cavid Babayev şikayətlənib.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun tərkibində fəaliyyət göstərən Avtobus Dayanacaqları İstismar İdarəsinin rəisi Həsən Səfərli anspress-ə açıqlamasında səslənən ittihamlarla qismən razı olduğunu bildirib. Lakin o, avtobus dayanacaqlarının nəzarətsiz buraxılması fikrilə razı olmadığını bildirib.

"Bakıda avtobus dayanacaqları həm paytaxt, həm ətraf qəsəbələr və həm də rayonlar üzrə mütəmadi olaraq yuyulur. Daha çox yağıntılı hava şəraiti zamanı və şəhərdə gedən təmir işlərilə bağlı çirklilik yarana bilir. Buna da demək olar ki, hər gün diqqət edirik", - deyə Həsən Səfərli bildirib.

Avtobus dayanacaqlarında müxtəlif elanların təmizlənməsinə gəldikdə qurum rəsmisinin sözlərinə görə, şəhərin mərkəzində olmasa da, mərkəzdən kənar yerlərində belə hallara rast gəlinir.

"Bakıda avtobus dayanacaqlarının sayı mindən çoxdur. Dayanacaqlara xidmət göstərən 9 avtomobilimiz var. Bəzən dayanacaqlar təmir olunur və köçürülür. Şüşələri qırılan dayanacaqları da təmir edirik", - deyə Həsən Səfərli vurğulayıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.