Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kinoteatrlarımız can verir...
22 Fevral 2010 09:55
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sovet İttifaqı illərində ölkəmizə gətirilən filmlərə, xüsusən də hind kinolarına baxmaq üçün insanlar kinoteatra bilet əldə etməyə can atırdılar. Hətta film biletlərini insanlar bir-birilərinə hədiyyə edirdilər. O vaxtlar kinoya baxmaq yox, kinoya getmək insanların mədəni həyat tərzinə çevrilmişdi, kino salonları isə istirahət, əyləncə və eyni zamanda maarifləndirici vasitə rolunu oynayırdı.
Bəs indi necə, əzizlərimizə ən yaxşı hədiyyə, ən xoş sürpriz kimi, kinoteatra bilet alırıqmı?
Bakı şəhəri uzun müddətdir kinoteatrsız qalıb. Kinoteatrlar 2006-cı ildə Prezidentin sərəncamı ilə özəlləşdirilməyə verildikdən sonra onların əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyinin balansından çıxarılaraq sahibkarlar tərəfindən özəlləşdirildi. Sahibkarlar isə həmin kinoteatrları təmir etmək əvəzinə, onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə edilməsi halları başlandı.
Kinoteatrlar niyə sıradan çıxdı?
Bakı şəhər Kino Xidməti İdarəsinin rəhbəri Nəriman Ağayev kinoteatrların sıradan çıxmasını video məhsulların gətirlməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, videoların gəlişi ilə ölkədə kinoteatr "öldü", bu da öz növbəsində film kirayələrinin sıradan çıxması ilə nəticələndi: "Kinoteatrların geriləməsi ilə kirayələrin zəifləməsi, yavaş-yavaş sıradan çıxması və qapanması baş veridi. Eyni zamanda, kinoteatrların maddi-texniki bazasının zəifləməsi, zalların soyuq olması da tamaşaçıları kino salonlarından uzaqlaşdırmasına gətirib çıxardı".
N.Ağayevin fikrincə, bir müddət əvvəl dünya miqyasında kinoteatrlara maraq azalmışdı, insanlar film seyr etməyə çox az gedirdilər. Lakin sonra yenidən kinoya axın başladı. Azərbaycanda isə bu axın bərpa olunmayıb. "Kinoteatrsız şəhər olmaz. Görün, bir vaxtlar Azərbaycanda kinoteatrların sayı nə qədər idi, indi nə qədər qalıb. Bakı Kino Xidməti İdarəsinin nəzdində "Araz", "Vətən", "Pioner", "İnqilab" kinoteatrları qalıb. "Vətən" kinoteatrının taleyini düşünmək lazımdır, uçub dağılıb" - deyən İdarə rəhbəri problemin həllinə ümidini itirmədiyini də dilə gətirib.
Müasir tamaşaçı soyuq zalda donmaq yox, komfort istəyir
Mədəniyyət və Turizm Nazirliyi Kinomotioqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov kinoteatrların acınacaqlı vəziyyətə düşməsini bir sıra problemlərlə əlaqələndirib: "Maddi problemlər, videonun geniş yayılması, televiziya kanallarının çoxalması, yeni avadanlıqların olmaması, eyni zamanda kinoteatrlarda komfortun aşağı olması tamaşaçıları kinoteatrlardan uzaq sadı. Kim gedib kinoteatrın zılında soyuqdan donmaq istəyər? Müasir tamaşaçı komfortun nə olduğunu gözəl bilir".
Tamaşaçını kinoteatra qaytarmaq mümkündür
N.Ağayev hesab edir ki, müasir tamaşaçını kinoteatrlara qaytramaq üçün gözəl layihələr həyata keçirilməlidir: "Kinoteatlar təmir edilsin, görək nə olur. Biz filmlərin kirayəsi üçün müqavilə bağlayıb, yeni kinolar ala bilərik. Hazırda kinolar bu xərci ödəmədiyinə görə, biz bunu edə bilmirik. Acınacaqlı hal budur ki, Rüstəm İbrahimbəyovun kinolarını göstərməyə yerimiz yoxdur. Amma cavan nəsil kinolara kinoteatrda baxmağı xoşlayır. Cavan nəsildə bu tendensiya orta və yaşlı nəslə nisbətən yüksəkdir".
Uşaq kinoteatrlarının yaradılmasını vacib sayan İdarə rəisi qeyd edir ki, uşaqlar orada sırf yaşlarına uyğun kinolara baxmalıdır. Bunun üçün məktəblərlə əlaqələri qurmaq, ədəbiyyat dərsliklərindəki əsərləri filmləşdirərək şagirdlərə nümayiş etdirmək lazımdır.
Hələ də "yaşayan" kinoteatrlarımız var
"Araz" kinoteatrının direktoru Nəriman Əzimov bu obyektin özəlləşdirilməli olan kinoteatrlar siyahisina düşdüyünü deyib: "Ancaq hələ özəlləşməyib. Fəlaliyyət göstəririk. Gün ərzində 3-5 seans olur. Kinoteatrda vəziyyət super olmasa da, oturacaqları normaldır. Kino göstərmək imkanı var, səslənmə yaxışıdır. Gün ərzində 10-20 nəfər kinoya baxır".
"Dostluq" kinioteatrının direktoru Akif Babayev isə bir aydan sonra bu kinoteartın əsaslı təmirə dayanacağını bildirib. Onun sözələrinə görə, artıq təmir üçün vəsait ayrılıb. A.Babayev hazırda kinoteatrın fəaliyyət göstərdiyini və filmlərin nümayiş etdirildiyini deyib.
Yeni tikilən ticarət-əyləncə mərkəzlərində kinoteatrlar olacaq
Yusif Şeyxov kinoteatrların əksəriyyətinin özəlləşdirməyə verildikdən sonra vəziyyətin ürəkaçan olmadığını vurğulayıb: "Təəssüf ki, özəlləşmə haqqında qanunda obyektlərin profilinin saxlanılması barədə bənd yoxdur. Kinoteatrı özəlləşdirən şəxs onu istədiyi kimi yönləndirəcək. Dünyada bütün kinoteatrlar özəldir. Bu sahə pul gətirən sahələrdən hesab olunur".
Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi bildirib ki, hazırda "Bakı", "Nərimanov", "Sevil" kinoteatrları fəaliyyət göstərmir, "Şuşa" özəlləşdirilib, "İzmir" isə sökülərək yerində bina inşa edilib. Yalnız "Araz" və "Vətən" kinoteatrları fəliyyətini davam etdirir.
O, həmçinin paytaxtda inşa edilən ticərət-əyləncə mərkəzlərində kinoteatrların olacağını deyib.
Anar Məmmədov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən sonra tədbir iştirakçıları ilə görüşüb - (Video)
-
Yayda buzlu su içmək təhlükəlidirmi?
-
Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
-
Sabahdan hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
-
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?
-
Azərbaycandan tranzit keçməklə Ermənistana 7 vaqon buğda göndəriləcək
XƏBƏR LENTİ
-
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi (Foto)
-
Kəlbəcərdə çayda batan azyaşlının (Fotosu)
-
Hikmət Hacıyev: "D-8 Media Mükəmməllik Mərkəzi dezinformasiya ilə mübarizədə qlobal platforma olacaq"
-
Xoşqədəm ailəsi ilə istirahətdə (Foto)
-
Media Mükəmməllik Mərkəzi D-8 üzv dövlətlərinin KİV-ləri arasında əməkdaşlıq platformasına çevriləcək - Hikmət Hacıyev
-
78 yaşlı Hülya Koçyiğit idman zalında (Foto)
-
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı Memorialını ziyarət ediblər (Foto)
-
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
-
"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış
-
"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid (Foto)
-
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi itkilərini açıqladı
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən sonra tədbir iştirakçıları ilə görüşüb - (Video)
-
Yayda buzlu su içmək təhlükəlidirmi?
-
Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü
-
Parlamentin son iclasında 26 məsələ müzakirə olunacaq
-
Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
-
Sabahdan hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
-
" 10 il Leyli-Məcnun kimi sevsəm də, ayrılanda 1 həftəyə unuduram"
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Yəmən qüvvələri öz hava limanını vurdu
-
Şahruddin “Qarabağ”dan ayrılır - (Foto)
-
Bakıda soyğunçuluq və oğurluq edən iki nəfər saxlanıldı
-
12 ildir oturmur, uzanmır - Ayaqları görün necə oldu - (Video)