Cəmiyyət

Azərbaycanda yağış yağacaq, şiddətli külək əsəcək

29 Sentyabr 2014 12:31
8 Şərh     Baxış: 5 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda oktyabr ayının ilk günlərində də hava qeyri-sabit, yağıntılı keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, oktyabrın birinci ongünlüyünün ayrı-ayrı günlərində, xüsusən də birinci yarısında ölkə ərazisində daha çox buludlu, tutqun hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacaq.

U.Tağıyeva deyib ki, Azərbaycanda hava şəraitinin bu gündən dəyişiləcəyi ilə bağlı edilən xəbərdarlıq öz qüvvəsindədir.

Onun sözlərinə görə, sentyabrın son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, sentyabrın 29-u günün birinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, günün ikinci yarısından başlayaraq, havanın temperaturunun kəskin - 8-10 dərəcə enəcəyi gözlənilir. Sentyabrın 29-da gün ərzində, sentyabrın 30-da gecə və səhər şimal-qərb küləyinin sürətinin saniyədə 18-23, arabir 30 metrədək şiddətlənəcəyi proqnozlaşdırılır.

Sentyabrın 29-da Bakıda və Abşeron yarıamadasında havanın temperaturunun anomal gedişi gözlənilir. Axşam Bakıda və Abşeron yarımadasında 17 dərəcə istinin olacağı gözlənilir. Sentyabrın 30-da gecə və səhər güclü külək əsəcək, gündüz isə nisbətən mülayimləşəcək. Havanın temperaturunun gündüz 16-18 dərəcə isti olacağı proqnozlaşdırılır. Oktyabrın 1-də isə hava əsasən, yağmursuz keçəcək, cənub küləyi əsəcək, axşam az yağış yağma ehtimalı var. Havanın temperaturu da əvvəlki günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.

U.Tağıyeva bildirib ki, artıq Azərbaycanın rayonlarında havanın kəskin dəyişməsi ilə müşayiət olunan proses başlayıb. Qərb rayonlarında yağıntılar qeydə alınır, bir sıra rayonlarda külək güclənir. Yaxın saatlarda Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.