Bakıda kəlləmayallaq məmur işi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının çox sadə, amma bərbad vəziyyətdə olan sərnişindaşımasında olan sistemsizlik heç kimə qaranlıq deyil. Avtobus dayanacaqlarını Bakı şəhər İcra Hakimiyyəti quraşdırır, onun içərisindəki sistem, eyni zamanda avtobusların hərəkətinə nəzarət Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) aiddir. Problem yaranarsa, nöqsan olarsa, bunu NİİM qeydə alaraq Bakı Sərnişin Nəqliyyat Departamentinə ünvanlayır, həmin qurum isə nəticə çıxarılması, tədbir görülməsi üçün avtobusun sahibkarlarına çatdırır.Azərbaycanda şapalaqla üz qızartmaq məmurların iş prinsipinə çevrilməkdədir. Bu bəlanın qarşısı alınmasa, həyat normasına dönəcək. Onlar üçün işin necə görülməsi yox, cılız əmrlərin tez bir zamanda icrası daha vacibdir. Nəticədə isə sizlərə təqdim edəcəyimiz gülməli mənzərə yaranır
Yaxşı bir deyim var: "Tövbəli çörəyin ağası çox olar". Belə çoxpilləli nəqliyyat sisteminə bir neçə qurum "nəzarət" edir, təkcə sərnişinlərin çəkdikləri əziyyət və itirdikləri vaxtı nəzərə alan yoxdur. Əgər belə olmasaydı, Milli.Az əməkdaşının Parlament prospektində, sökülmüş 20 saylı məktəbin qarşısında çəkdiyi fotodakı gülməli mənzərə yaranmazdı. İctimai nəqliyyatda sistemin qurulmasındakı sistemsizlik, onun sökülməsində də görünür.
Avtobus dayanacağı sökülüb, amma görün necə... Yenə ağalar öz işində, sistemsiz şəkildə əsas işdən yox, sonuncudan başlayıblar. Dayanacaqda intellektual sistemin monitoru, elektrik sistemləri sökülməmiş dəmir dirəklər, lövhələr, şüşələr sökülüb. Bahalı, insanlara bir vaxtlar nağıl kimi vəd edilən elektrotexnika məhsulu yağışın, günün altında "can verir", avtobuslardakı bərbad vəziyyətdə illərdir can verən sərnişin kimi...
Fotoda görünən mənzərənin məsuliyyətinin kimdə olmasını bir-birinin üzərinə atacaq qurumların mövqeyini Milli.Az saytında verməyə hazırıq.
Anar Məmmədov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.










FOTO: Ceyhun Ələkbərov
DİGƏR XƏBƏRLƏR
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
"Vahid məktəbli forması sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər "
-
Sabah Culfada işıq olmayacaq
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
XƏBƏR LENTİ
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
“Mançester Siti” “Liverpul”u darmadağın etdi - (Video)





