Cəmiyyət

Daş da Allaha səcdə edir?

25 Sentyabr 2014 20:56
2 Şərh     Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quranın Rəd surəsinin 15-ci ayəsində hər şeyin Allaha səcdə etməsindən danışılır. Məgər cansız daş da Allaha səcdə edir? 

Milli.Az islam.az-a istinadən bildirir ki, ayədə deyilir: "Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər!" Yer üzərində yaşayan insanların və cinlərin mömin olanları Allaha öz istəkləri və iradələri ilə səcdə edirlər. Mələklər də öz məsum xislətləri ilə daim Allaha ibadət və səcdə edirlər.

Kafir insanlar və cinlər isə ya qorxu və təmənna üzündən, ya da Allahın əzabı qarşısında səcdəyə qapılırlar. Cansız cisimlərə gəlincə, onların kölgələri səcdə edir. Axı, ayədə kölgələrdən də danışılır. Cansız cismin kölgəsi yer üzərinə düşür, sanki yerə döşənir, bununla da sanki səcdə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.