Cəmiyyət

Bakı metrosunda sərnişinlərə niyə əzab verilir? - FOTO

25 Sentyabr 2014 12:30
7 Şərh     Baxış: 2 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Basabas, sərnişin gurluğu dünyanın bir çox ölkələrindəki metropolitenlərdə adi problemlərdən biridir.

Amma Bakı Metrpolitenində basabaslarla bağlı situasiya daha ciddidir.
 

Xüsusilə də pik saatlarda stansiyalarda eskalatorların qarşısında basabas daha güclü olur.

Milli.Az Day.Az-a istinadən bildirir ki, problemin əsas səbəblərindən biri metro stansiyalarındakı 3 eskalatordan cəmi birinin işləməsidir. Halbuki sərnişin axınının intensivliyini nizamlamaq üçün ikinci eskalatoru da işə salmaq olardı.

Amma bu, edilmir.
 

Bakı Metrosunun rəhbərliyi nəyi gözləyir?
 

Sərnişinlərə belə münasibəti görəndə belə təəssürat yaranır ki, Bakı metropoliteninin rəhbərliyini sərnişinlərin rahatlığı yox, elektroenerjiyə qənaət maraqlandırır.
 

Xatırladaq ki, metronun sabiq baş energetiki Qəşəm Tağıyev 2007-ci ilin martında demişdi: "Bakı Metropoliteni eskalatorun hərəkət və istismar qrafikinə dəyişikliklər edib. Enerjidaşıyıcıları bahalaşandan sonra elektroenerjiyə qənaətə zərurət yaranıb. Buna görə də "Elmlər Akademiyası" və "28 May" stansiyaları istisna olmaqla bütün stansiyalarda 3 eskalator işləməyəcək".
 

2007-ci ildən bəri nə isə dəyişibmi?
 

"Bakı Metrpoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin dediyinə görə, pik saatlarda bütün eskalatorlar işə salınır.
 

"Stansiyalarda sərnişin axınları ilə bağlı situasiya barədə dispetçerlər bizə mütəmadi məlumat verirlər. Əgər stansiyalarda insan axını böyükdürsə, onda sutkanın saatlarından asılı olmayaraq bütün eskalatorları işə salırıq. Sərnişinlərin razı qalması, onların rahatlığı üçün hər şeyi edirik. Amma stansiyalarda sərnişinlərin az olduğunu görəndə əlavə eskalatorların işə salınmasına ehtiyac qalmır", - N.Paşayev dedi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.