Cəmiyyət

Mədət Quliyev Penitensiar Xidmətin yeni əməkdaşlarını qəbul etdi - FOTO

22 Sentyabr 2014 16:06
Baxış: 1 746
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Penitensiar Xidmətin rəisi qulluğa yeni qəbul olunmuş əməkdaşları qəbul edib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi münasibətilə sentyabrın 20-də 26 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin ediliblər.

Bu gün isə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa yeni qəbul olunmuş əməkdaşları qəbul edib. Nazir müavini xidmətə qəbul edilən gəncləri ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun adından təbrik edərək onlara seçdikləri şərəfli işdə uğurlar arzulayıb.

Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar Xidmətin Tarix muzeyini ziyarət edərək buradakı Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə, həmçinin Xidmətin fəaliyyətinə aid olan eksponatlarla tanış olublar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.