16:11
"Mənim oğlumun elə maşını yoxdur, bu barədə sizdən eşidirəm". Bu sözləri bizimyol.info saytına açıqlamasında "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundov deyib. O bildirib ki, internet saytlarında 650 min min dollarlıq "Lamborghini" avtomobilnin onun oğluna məxsus olması barədə yazılanlar həqiqətə uyğun deyil.
-----------
15:29
Bu gün Dövlət İqtisad Univeristetinin yaxınlığında görünən bu avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib.
Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, yaxınlıqda olan şəxslər maşının universitetin tələbələrindən birinə aid olduğunu bildiriblər.
"Lamborghini Gallardo" markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları olduğu bildirilir.
Məlumatda qeyd olunur ki, "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur.
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.