Cəmiyyət

Dənizdə, çayda və ya hovuzda necə qüsl almaq olar?

25 Avqust 2014 19:39
0 Şərh     Baxış: 2 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az islam.az-a istinadən bildirir ki, buna irtimasi qüsl deyilir. Qüslün iki növü var: tərtibi qüsl və irtimasi qüsl. Tərtibi qüsl odur ki, bədən üzvləri müəyyən ardıcıllıqla (tərtiblə) yuyulsun. İrtimasi qüsl isə odur ki, bütün bədən birdəfəyə yuyulsun. İrtimasi qüsl almaq üçün niyyət etmək, sonra bütünlükdə suya baş vurmaq lazımdır.

Yəni elə etmək lazımdır ki, bir an bütün bədən suyun içində qalsın (başdan ayağa kimi). Bu zaman diqqət etmək lazımdır ki, ayaqların altına da su keçsin. Yəni dənizin yə hovuzun dibinə ayaqları qoyub qüsl almaq düzgün olmaz. Bunun üçün ayaqları da yerdən üzmək və eyni anda bütün bədənin islanmasını təmin etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.