Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəhid ailəsi hansı güzəştlərdən yararlana bilir?
5 Avqust 2014 12:59
Baxış: 23 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəhid ailələri şikayətlənir, QHT rəhbərləri isə dövləti qayğı göstərməyə çağırırlar.
Cəbhədə gedən döyüşlər nəticəsində həlak olan hərbi qulluqçularımızın sayı 15-ə çatıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov bütün şəhidləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilməsi barədə sərəncam verib.
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun nə deyir?
Azərbaycan Respublikası "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanununun 3-cü maddəsində aşağıda sadalanan imtiyazlar həyata keçirilir:
- Qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması;
- Şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi.
Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir:
- Ailə başçısını itirməyə görə əmək pensiyası təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir;
- Valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilir;
- İşçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir;
- Mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.
- Həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir;
- Dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar;
- Tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər.
Qanun necə icra olunur?
Qanunda şəhid ailəsinin üzləşəcəyi ehtimal olunan hər problemin həlli öz əksini tapır. Amma reallıqda bəzən fərqli mənzərə ilə qarşılaşırıq...
Bir neçə ay öncə şəhid ailəsinə verilən evin digər bir ailəyə də satıldığı haqqında yazmışdıq. Söhbət Bayramov Mehman Əli oğlundan gedir. O, 22.03.2005-ci il tarixində Şəmkir rayon hərbi komissarlığı tərəfindən ehtiyat zabit kimi həqiqi hərbi xidmətə çağırılıb. "N" saylı hissənin Motoatıcı Taborun Bölüyünün Motoatıcı Tağım Komandiri vəzifəsində xidmət edib. 2005-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən düşmənin snayper atəşindən həlak olub. 2006-cı ildə isə Şəmkir rayon icra hakimiyyəti başçısının 65 saylı 09.03.2006-cı il tarixli Sərəncamına əsasən, Bayramov Mehman Əli oğluna şəhidlik statusu verilib.
Şəhid M.Bayramovun anası Qənirə Bayramovadan aldığımız məlumata görə, məhkəmənin qərarı ilə həmin mənzil artıq şəhid ailəsinə verilib. Şəhid ailəsinə dövlət qayğısına gəldikdə, Qənirə xala: "Dövlət tərəfindən oğlumun şəhidliyinə görə verilən təqaüddən başqa heç nə almırıq. Evi də uzun müddətdən sonra bizə veriblər. Hər dəfə bir bəhanə ilə vaxtı uzadırdılar", - dedi. Qənirə xalanın sözlərinə görə, adi dərman preparatlarını alarkən ailənin heç bir üzvünə güzəşt edilmir. "Düzünü desəm, haradasa güzəşt verilsə də, onu istəməyə də utanıram. Kimə deyim, ya sənəd göstərim ki, mən şəhid anasıyam, bizə güzəşt olmalıdır..." - deyə Q.Bayramova sözünə əlavə etdi.
Bir çox şəhid ailələri hüquqları barədə yetərincə məlumatlı deyillər. "Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək" İctimai Birliyinin sədri Nəzakət Həsənova Bizimyol.info-ya belə deyib: "Bu sahə üzrə hüquqi normativ aktların olmasına, hökumətin şəhid ailələrinin sosial-iqtisadi problemlərinin həlli üçün davamlı addımlar atmasına baxmayaraq, zaman keçdikcə mövcud problemlər özünü daha qabarıq göstərir. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, hələ də şəhid ailələrin bir çoxu 1993-cü ildə qəbul edilən "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun haqda yetərli bilgiyə sahib deyillər. Təşkilatımıza müraciət edən şəhid ailələrinin bir çoxu ilə aparılan fərdi söhbətlər zamanı məlum olub ki, bu kateqoriyadan olanların hüquqlarını bilməməsi sonda onların hüquqlarının pozulması ilə nəticələnir. Nəticədə şəhid ailələri dövlət tərəfindən onlara verilən imtiyazlardan yararlana bilmirlər".
Ağsaqqallar Şurasının sədri, şəhid atası Allahverdi Nuriyev də durumundan şikayətləndi: "Mən özüm xəstəyəm, tibbi müayinədən keçdikdən sonra həkim resept yazdı. Baş həkimin müavini özü öz dili ilə "şəhid ailələrinə imtiyazlar var" desə də, dərmanları öz cibimdən pul verib almışam".
A.Nuriyev ölkədə bu kimi məsələlərə ikinci dərəcəli münasibətin göstərildiyini vurğuladı. "Bu məsələlər konkret olaraq ortaya qoyulub həll edilməlidir ki, nəticəsi də yaxşı olsun. İstərdim ki, şəhid ailələrinə lazımi səviyyədə baxılsın".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bu sahəyə dövlət tərəfindən diqqətin artırılmasını və onlara maliyyə dəstəyi verilməsinin vacib olduğunu bildirdi: "Elə ailələr var ki, onlar ailə başçısını itirir. Son hadisələrdə az yaşlı uşaqları olan ailə başçıları şəhid oldu. Uşaqların sayına uyğun olaraq dövlət onlara təzminat verməlidir. Və ya subay şəhidin valideynlərinə müəyyən bir məbləğ verilməlidir. Qanuna görə, şəhid övladı ödənişli dövlət universitetinə daxil olduğu halda ödəniş tutulmur. Lakin bu bir növ universitetlərin öz öhdəliyinə buraxılıb. Onlar ödənişin yarı faizini ala bilərlər və s. İstər özəl universitetlər olsun, istər kolleclər, birmənalı şəkildə şəhid övladları bu ödənişlərdən azad edilməlidirlər. Onlar dövlət qulluğuna qəbul olunarkən bu hallar nəzərə alınmalıdır". A.Nağı, şəhid ailələrinin ölkənin imtiyazlı bir təbəqəsi kimi qayğı ilə əhatə olunmasının vacib olduğunu vurğuladı.
Bizimyol.info

DİGƏR XƏBƏRLƏR
-
WUF13: Bakıda yollar üzrə müvəqqəti dəyişikliklər tətbiq olunacaq
-
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müəyyənləşdiriləcək
-
Yetkinlik yaşına çatmayanların əməllərinə görə kim cavabdehdir? - AÇIQLAMA
-
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə görüşdü
-
Bazarda qiymətlər QALXDI - Bahalaşan MƏHSULLAR
XƏBƏR LENTİ
-
3D texnikasında yeni baxış! “Nağılları Yaşadan İlmələr. Qarabağ xalçaları” eksklüziv kolleksiyası yaradılıb - FOTO
-
"Fənərbağça"da yeni baş məşqçi postuna iki iddialı ad gündəmdə
-
WUF13: Bakıda yollar üzrə müvəqqəti dəyişikliklər tətbiq olunacaq
-
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
Gürcüstan Patriarxlığına üç əsas namizəd var
-
Azərbaycanda sığorta bazarı 5%-ə yaxın böyüyüb
-
Moskvada güclü YANĞIN: 8 nəfər ölüb - VİDEO - YENİLƏNİB
-
74 yaşlı Bülent Ersoya NƏ OLUB? - Video müzakirə yaratdı
-
Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müəyyənləşdiriləcək
-
Yetkinlik yaşına çatmayanların əməllərinə görə kim cavabdehdir? - AÇIQLAMA
-
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə görüşdü
-
BƏƏ OPEC-dən çıxır
-
"Məni düşündürən başqa şeydir"
-
"Yarım saat üçün Aysun da, mən də 4000 manat ALIRIQ"
-
Bazarda qiymətlər QALXDI - Bahalaşan MƏHSULLAR
-
Arts Olimpia 2026: Bakıda 2000-ə yaxın gənc istedadın iştirakı ilə incəsənət olimpiadası keçiriləcək
-
Onlayn bilet alanlara ŞAD XƏBƏR
-
Məşhur müğənnidə görün nəyin DNT-si tapıldı
-
Sadettin Saran “Fənərbağça” ilə vidalaşdı
-
Ağcabədidə ağır qəza - Ölən var
-
Türkiyə F-16-ları Azərbaycanda təlimdə iştirak edir
-
ABŞ-dən AÇIQLAMA: İranla razılaşmaya nə mane olur?
-
Bakıda mağaza açılışındakı izdiham müzakirə yaratdı - VİDEO
-
Klubun gələcəyini yalnız transferlərlə deyil, öz yetişdirdiyimiz futbolçularla qurmaq istəyirik. - Şahdağ Futbol Klubunun prezidenti - MÜSAHİBƏ