Cəmiyyət

Bakılı məşhurların xanımları sənət adamlarını işə saldılar - FOTO

30 İyul 2014 12:59
0 Şərh     Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xanımlar bakılı ərlərinin heykəllərinin forması barədə təkidli olublar

Sən demə, Moskvada kiməsə heykəl qoymaq üçün xüsusi komissiyaya - Moskva Duması yanında abidələr və monumental incəsənət komissiyasına müraciət etmək lazımdır.

Anspress-in məlumatına görə, iki bakılıya - görkəmli bəstəkar, violonçel ustası Mstislav Rostropoviçə və görkəmli müğənni Müslüm Maqomayevə heykəl qoyulması zamanı komissiya gərgin anlar yaşayıb. Bunu komissiyanın rəhbəri "Komsomolskaya pravda"ya açıqlamasında deyib. Lev Lavrenonun müsahibəsindən ən maraqlı hissələri təqdim edirik.

Komissiyanın rəhbəri Lev Lavrenovun sözlərinə görə, Müslüm Maqomayevə heykəl qoymaq elə də asan olmayıb. "Onun xanımı Tamara Sinyavskaya hesab edirdi ki, Müslüm Maqomayevin bürünc heykəli gəncliyindəki kimi olmalıdır. Heykəltəraş Aleksandr Rukavişnikovun öz, Azərbaycanın Moskvadakı səfiri, Maqomayevin yaxın tanışı Polad Bülbüloğlunun isə öz rəyi var idi. Amma nəticədə Sinyavskayanın təkid etdiyi variant qələbə çaldı", - deyə Lavrenov vurğulayıb.

Komissiya sədrinin sözlərində belə anlaşılır ki, öz işlərində daha çox mərhumların xanımlarının istəklərinə üstünlük verirlər. "Yeri gəlmişkən, Bəstəkarlar Evinin yanında bakılı Mstislav Rostropoviçə qoyulmuş heykəldə də onun xanımı Qalina Vişnevskayanın rəyi nəzərə alınıb",- deyə Lev Lavrenov bildirib.

Deyilənə görə, Qalina Petrovnanın tək istəyi Rostropoviçin "balalayka"lı heykəlinin qoyulması olub. Xanımı maestronun violonçelini zarafatla belə adlandırırmış. Nəticədə, onun istəyi nəzərə alınıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.