Tovuzda qədim yaşayış məskəni tapıldı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, Tovuzda aparılan arxeoloji qazıntıların bir hissəsi artıq yekunlaşıb. Göytəpə və Menteştəpə adlı ərazilərdə aparılan qazıntılar zamanı Neolit dövrünə aid qədim yaşayış məskənləri aşkar edilib. Tədqiqatlar Fransa və Azərbaycan mütəxəssislərinin birgə əməkdaşlığı ilə həyata keçirilir.Qazıntılar zamanı Neolit dövrünə aid maddi mədəniyyət nümunələri aşkar olunub
Tovuz arxeoloji ekspedisiyasının üzvü Valeh Ələkbərov: "Aparılan karbon 14 analizlərinin nəticəsinə görə, Göytəpə Neolit dövrü abidəsi e.ə. 6-cı minilliyə aiddir. Menteştəpə yaşayış məskəni də e.ə. 5-6-cı minilliklərə aiddir. Menteştəpədə tədqiqatlar qurtarır. Amma Göytəpədə hələ uzun müddət davam edəcək".
Əldə olunan maddi mədəniyyət nümunələri üzərində karbon 14 analizi aparılır. Bu analizlə abidənin hansı dövrə aid olması öyrənilir, yəni, tapılan nümunələrin yaşı dəqiq müəyyən edilir. Ərazidə işləyən digər ekspedisiya üzvləri isə qədim insanların həyat tərzini, yaşayışını, hətta o dövrdə keçirdikləri mərasimləri də araşdırır.
Bertil Lionet, Fransa arxeoloji ekspedisiyasının rəhbəri: "Biz artıq 7 ildir ki, sizin mütəxəssislərlə birgə layihə çərçivəsində arxeoloji qazıntılar aparırıq. İşin bir hissəsi artıq yekunlaşıb. Gördüyünüz bu iş prosesi isə arxeologiyanın əsas prinsiplərindən hesab olunur. Bu mütəxəssislər keramikanın bərpası işiylə məşğuldurlar. Düşünürəm ki, bizim əməkdaşlığımız hələ uzun müddət davam edəcək".
Fransa mütəxəssisləri ilə birgə layihə çərçivəsində həyata keçirilən tədqiqatlar 2008-ci ildən başlayıb. Gələcəkdə bu ərazidə qazıntı işlərinin miqyasının genişləndirilməsi və prosesə digər ölkələrin də mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulur.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək






