İnzibati tənbehin icra müddəti iki aydır. İnzibati Xətalar Məcəlləsindəki (İXM) bu tələblə bağlı ən çox rastlaşılan problem sürücülərin yol hərəkəti qaydalarını pozmasına görə, inzibati qaydada cəzalandırması zamanı ortaya çıxır. Məsələn, bir sürücü avtomobili idarə edərkən qaydanı pozur və quraşdırılmış kameralar şəhərin, o cümlədən magistralların müxtəlif yerlərində bunu qayda pozuntusunu kimi qeydə alır. Hadisənin üstündən 2 ay, bəzən daha çox müddət keçir və bir gün sürücünün ünvanına ərazi üzrə dövlət yol polis şöbəsindən çağırış vərəqi gəlir. Buna görə də, bəzən sürücünün qayda pozuntusu, hətta həmin yoldan keçdiyi belə yadından çıxır. Ona kamera görüntüsü göstərilir. Ən yaxşı halda 3 bal cərimə və nəzərdə tutulan pul cəriməsi tətbiq edilir.
Qanunvericilik nə deyir?
Bu məsələ ilə bağlı ilk olaraq qanunvericiliyə nəzər salaq. İXM-nin 36.1-ci maddəsində göstərilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. Gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.
Sürücüyə 2 aydan çox gecikən tənbeh çağırışı gələrsə, nə etsin?
Vəkil İradə Cavadova Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, İXM-nin 36-cı maddəsində "gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalar" istisna hal kimi göstərildiyindən, sürücülərə tənbehin 2 ay müddəti şamil edilir: "Burada bir məsələ var, sürücü görür ki, ona inzibati tənbehlə bağlı çağırış iki aydan sonra gəlib, bu zaman o məhkəmə mübahisəsi açmır. Çünki cərimələr çox da böyük deyil. Sürücü düşünür ki, məsələni həll etmək üçün məhkəməyə getməlidir, şikayətçi olmaq, vəkil tutmaq ona daha baha başa gəlir. Bu səbəbdən məhkəməyə müraciət etmir. Hesab edirəm ki, bu məsələnin həllində sürücünün hüquqi bazası möhkəm olmalıdır və ona çağırış gələrsə, etiraz yazmalıdır ki, 2 aydan artıq keçməsinə baxmayaraq, inzibati xətaya cəlb edilir".
"Bəzən aktlar düzgün tərtib edilmir"
Hüquqşünas sürücülərin nəzərinə onu da çatdırdı ki, çox zaman aktlar düzgün tərtib edilmir: "Sürücülər bu məsələyə diqqətlə yanaşmalıdırlar. Akt verilərkən qeyd etməlidir ki, bu akt ona hansı tarixdə yazılıb və bununla razı deyil, bu səbəbdən də cərimə ödəmirəm. Qoy bu zaman qarşı tərəf məhkəməyə müraciət etsin. Bu zaman sürücü öz sübutlarını təqdim edə bilər".
DYP: "Tənbeh gec göndərilibsə ..."
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, inzibati xəta ilə bağlı protokol tərtib olunubsa, cərimə 2 ay müddətində ödənilməlidir: "İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsində göstərilir ki, sürücünün barəsində inzibati protokol tərtib olubsa, inzibati protokolu tərtib edən təşkilat tərəfindən onun ödənilməsi 2 ay müddətində mümkün olmursa, yəni, vətəndaş məsuliyyətdən yayınmayıb, sadəcə, materiallar vaxtında üzə çıxmayıb, göndərilmədə müəyyən problemlər yaranıb - bu halda ləğv olunmalıdır. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən etibarən 2 ay ərzində verilməlidir. Həmin müddətdən gec verilə bilməz. Kiminsə ünvanına tənbeh gec göndərilibsə, bu, çatdırılmanın günahıdır, ya da polis tərəfindən təkrar göndərişlərdir".
Cərimə müddəti hansı halda uzadılır?
K.Əliyevin sözlərinə görə, inzibati tənbeh verilən vətəndaş məsuliyyətdən boyun qaçırırsa, gizlənirsə, bu zaman tənbeh müddəti bir ilədəkdir. İXM-nin 415.1-bəndinə görə, inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə, iş üzrə icraat dayandırıla bilər. Məcəllənin 415.5-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat dayandırıldıqda bu, Məcəllənin 36.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərin axımı dayanır. İnzibati xəta haqqında iş üzrə icraatın müddətinin axımının dayandırılması bir ildən artıq davam edə bilməz. Həmin müddət bitdikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
Anar Məmmədov
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Sürücü bir neçə ay əvvəl törətdiyi xətaya görə cərimə ödəməlidirmi?
6 Dekabr 2010 10:05
Baxış: 2 618

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
ÜST-nin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi - FOTOlar
-
Sözə Tanrının gözü ilə baxan adam.. - YUNUS OĞUZ - 65
-
İlham Əsgərova ağır itki - FOTO
-
Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz
-
Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı - efirdə yerə SƏRİLDİ
XƏBƏR LENTİ
-
"Qalatasaray" rəhbərliyi İkardiyə qəzəbləndi
-
Bu rayonda su olmayacaq - Qəza baş verdi
-
4 kənd təcili boşaldıldı - Yanğın genişlənir
-
İran naməlum tanker ələ keçirdi - Saxlanılanlar var
-
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
-
"Trampın üzünə telefonu qapadım" - BBC-nin müxbiri
-
İyulun 16-dan bu ölkəyə vizasız gedəcəyik
-
Klublar dünya çempionatında "qaz vurub, qazan doldurdular"
-
Dünya onu gözəlliyi ilə tanıdı - Bu FOTOları ilə interneti fəth etdi
-
Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO - FOTOlar
-
Tanınmış türkiyəli aktyor vəfat etdi - FOTO
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Göbələk xərçəngin dərmanı imiş
-
Yuxuda tanımadığın biri ilə sevişmək nə deməkdir? – Maraqlı yozumlar
-
Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı...
-
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
-
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - yenilənib
-
Günün qoroskopu: Yaxşı məsləhət alın