Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müdafiə Nazirliyinin İdarə rəisi: "Azərbaycan müdafiə sisteminin gücləndirilməsi, yeni standartların yaradılması işlərini davam etdirəcək"
17 İyun 2014 10:03
Baxış: 1 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan təhlükəsizlik və müdafiə sisteminin NATO standartları əsasında təkmilləşdirilməsi işini davam etdirmək niyyətindədir. Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hərbi Strategiya və Planlaşdırma İdarəsinin rəisi polkovnik Elman Səmədov Bakıda NATO Parlament Assambleyasının (NATO PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının 2-cü günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan münaqişəyə cəlb olunduğuna görə keçmiş sovet respublikaları arasında təhlükəsizlik və müdafiə sektorunda uzun yol qət edib: "Hazırda Azərbaycan region ölkələri arasında ən böyük hərbi büdcəyə malik ölkədir. Azərbaycan müdafiə və təhlükəsizlik sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrdə yeni standartların, əlavə potensialın yaradılması istiqamətində aparılan işləri və bu istiqamətdə strateji tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir".
İdarə rəisi qeyd edib ki, Azərbaycan coğrafi baxımdan elə bir regionda yerləşir ki, güclü müdafiə və təhlükəsizlik sektoruna malik olmalıldır: "Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın təhlükəsizlik sisteminə təhdiddir. Azərbaycanın böyük hissəsi hələ də Ermənistanın işğalı altındadır. Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqazda elə bir yerdə yerləşib ki, Rusiya, Türkiyə və İran kimi ölkələrlə həmsərhəddir. Belə bir şəraitdə ölkənin güclü müdafiə və təhlükəsizlik sektoru olmalıdır ki, bütün təhlükələrin öhdəsindən gələ bilsin. Buna isə yeni yanaşmalar tələb olunur".
E.Səmədov bildirib ki, Azərbaycan artıq bir neçə ildir ki, NATO ölkələrinin təcrübəsi əsasında təhlükəsizlik və müdafiə sektorunda islahatlar aparır. Bu məqsədlə bir neçə mühüm strateji sənəd qəbul edilib. Artıq onların əsasında Müdafiə Nazirliyi tərəfindən Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədi də hazırlanıb.
O, deyib ki, Silahlı Qüvvələrdə yenidənqurma işləri başa çatdırılıb. Bu məqsədlə bir sıra NATO ölkələrinin təcrübəsi öyrənilib.
Bununla belə, polkovnik E.Səmədov qeyd edib ki, Müdafiə Nazirliyinin strukturu daim qiymətləndirilir ki, şəraitə uyğun olaraq dəyişikliklər edilsin.
Bundan əlavə, hərbi təhsil sistemində dəyişikliklər edilib, NATO proqramına uyğun hərbi təhsil proqramı təşkil olunub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir