Bu gün imam Mehdinin (ə) mövlud günüdür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün, Şaban ayının 15-i, 12-ci imam - imam Mehdinin (ə) mövlud günüdür.
İmam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şaban ayının 15-də, (miladi tarixi ilə 868-ci ildə) Samirə şəhərində müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) ailəsində anadan olub. 12-ci imamın adı Məhəmməd olsa da, o daha çox Mehdi, Qaim və Sahibəzzaman ləqəbləri ilə məşhurdur.
Atası şəhadətə çatdıqda imam Mehdinin (ə) beş yaşı olmasına baxmayaraq, cənazə namazını məhz o qılıb. Bundan sonra isə 12-ci imamın qeyb dövrü başlayıb. Allahın çoxsaylı möcüzələrindən biri də imam Mehdinin (ə) günümüzə qədər ömür sürməsidir. Onun daha neçə il gözlərdən uzaq yaşayacağı, nə vaxt Allahın Quranda buyurduğu vədə yerinə yetəcəyi və onun zühuru baş verəcəyi bəlli deyil. Bəziləri bunun çox tez, bəziləri isə gec olacağını bildirir. Lakin bu Allah dərgahında olan bir sirridir. Həmən Allah ki, zamanın və məkanın fövqündədir. Aləmləri, bütün varlıqları yaradan Allahın vədəsi isə mütləq yerinə yetəcək.
Milli.Az islam.az-a istinadən bildirir ki, "xilaskar fəlsəfəsi" bütün səmavi dinlərdə mövcuddur. Lakin İslam bir din olaraq kamil surətdə Allah tərəfində nazil edildiyi kimi, İslamdakı "Xilaskar fəlsəfəsi" də kamil və dürüstdür. Əlbəttə ki, əcdadının meymun olduğuna əmin olan bəşər övladının imam Mehdinin (ə) mövcudluğuna, onun nə vaxtsa zühur edərək haqqı, ədaləti bərqərar edəcəyinə inanmasını düşünmək sadəlöhvlük olardı. Odur ki, bu günün bütün yer əhli üçün eyni əhəmiyyət kəsb etməsini demək olmaz.
Şabanın 15-i bütün ədalətsevən insanların bayramıdır. Şabanın 15-i zülmə təslim olmayanların, başlarını yalnız Allah qarşısında aşağı salanların, əsl insan kimi yaşayanların bayramıdır. Bu meyarlara uyğun gələn bütün insanları imam Mehdinin (ə) mövlud günü münasibəti ilə təbrik edirik, onlara mübarək zühura şahidlik etmələrini diləyirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"





