Cəmiyyət

Ov mövsümü açıldı - VİDEO

7 İyun 2014 13:05
0 Şərh     Baxış: 2 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az RTV-yə istinadən bildirir ki, Azərbaycan ərazisində əsasən qaban, dovşan, tur, bataqlıq qunduzu və tülkülərin ovlanmasına  icazə verilir. Bu canlılar yalnız ov mövsümündə ovlana bilərlər. Çaqqal və yenotun ovlanmasına isə sayının tənzimlənməsi məqsədilə ilboyu məhdudiyyət qoyulmur.

Ovçular ov mövsümündə heyvanların ovlanması müddətlərini və normalarını da dəqiq bilməlidirlər. Təkə iyun-oktyabr, sentyabr-dekabr, dovşan dekabr-fevral, bataqlıq qunduzu oktyabr-fevral aylarında ovlana bilər. Azərbaycan ərazisində quş ovuna "quş qripi" xəstəliyi ilə əlaqədar qadağa qoyulub. Bundan başqa ayıları ovlamaq da qadağandır.

Birdəfəlik ov icazəsi almaq üçün dövlət rüsumunu ödəmək lazımdır. Bu məbləğ dovşan ovu üçün 2 manat 20 qəpik,  təkə üçün 24 manat 75 qəpik, qaban üçün 16 manat 50 qəpik  müəyyən edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.