İsmayıl Ömərov nəvəsi haqqında yazılanlardan danışdı - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçmiş baş direktoru İsmayıl Ömərov nəvəsi haqqında müavini olmuş Çingiz Aslanovun söylədiyi fikirlərə qısa münasibət bildirib.
Milli.Az xəbər verir ki, İ.Ömərov publika.az-a açıqlamasında deyib: "Mənim bu barədə deyilənlərdən xəbərim yoxdur. Axı bunlar harada yazılıb? Mən bu barədə heç nə bilmirəm".
Xatırladaq ki, İ.Ömərovun müavini olmuş Çingiz Aslanov AzNews.az-a müsahibəsində sensasion açıqlamalar verib.
---------12:41
"O pullara bəlkə də bir Olimpiya Kompleksi tikmək olardı"
Azərbaycanın "Eurovision-2014" mahnı yarışmasında biabırçı məğlubiyyətinin səbəbləri gündəmin əsas müzakirə mövzusuna çevrilib. Bunun səbəbləri barəsində mülahizə yürüdənlər isə burada daha çox İTV-nin səriştəsizliyini əsas səbəb kimi önə çəkirlər.
Belə bir məqamda diqqətlər həm də "Eurovision"da bir-birinin ardınca uğur qazandığımız dövrdə İTV-yə rəhbərlik etmiş İsmayıl Ömərova yönəlir və onun mövqeyini öyrənmək zərurəti yaranır.
Milli.Az xəbər verir ki, aznews.az-ın əməkdaşının İ. Ömərovdan bu məsələ ilə bağlı fikirlərini öyrənmək cəhdi isə nəticə vermir. O, həmişəki kimi suallardan yayınır və danışmaq istəmədiyini bildirir.
Amma İ. Ömərovun müavini olmuş Çingiz Aslanov israrlı müraciətlərimizdən sonra nəhayət ki, bir neçə sualımızı cavablandırdı və sensasiya yaradacaq fikirlər səsləndirdi:
- Builki "Eurovision" mahnı yarışmasında uğursuzluğun səbəbini nədə görürsünüz? Sizin də təmsil olunduğunuz komandanın dövründə Azərbaycan təmsilçisi qalib olmuşdu, bu qələbəni şərtləndirən əsas amillər hansılar idi?
- Uğursuzluğa şərh verməyimiz doğru deyil. Bu haqda mütəxəssislər rəy versələr, daha yaxşıdır. Vaxtilə işin içində olmuş şəxs kimi deyə bilərəm ki, qalibiyyəti şərtləndirən əsas cəhətlər - seçimin ədalətli aparılması, mahnının düzgün seçilməsi və iştirakçımızın "Eurovision" ölkələrinin musiqisevər auditoriyası arasında yaxşı tanıdılmasıdır. Bu istiqamətdə işlər aparılanda həmişə uğur qazanılır. Bugünkü uğursuzluqdan isə danışmaq istəmirəm. Görünür, hazırlıq mərhələsində boşluqlar olub.
- Seçimin ədalətli olmasının vacibliyini dediniz. Amma sizin dövrdə baş direktor İsmayıl Ömərovun öz nəvəsini uşaqlar arasında keçirilən "Evrovision" yarışmasına göndərməsi də birmənalı qarşılanmamışdı...
- Onda da seçim tam ədalətli idi. Çünki İTV-nin qısa müddətdə tam formalaşıb uğur qazanması da məhz bu ədalətlilik prinsipinə sədaqətin məntiqi nəticəsi idi. Jurnalistlər İsmayıl Ömərovun nəvəsinin həmin yarışda iştirakı məsələsinə dönə-dönə qayıdırlar. Məcburam bunu deyim. Bəlkə də bu sözlərimə görə, məni ən çox qınayan İsmayıl Ömərov olacaq. Amma çoxları bilir, qoy, musiqisevərlər də bilsin ki, əsasən 10 MDB ölkəsi arasında təşkil olunan uşaq "Eurovision" yarışmasında İsmayıl Ömərovun nəvəsinin qalib gəlməməsi üçün bir oliqarx məmurun xərclədiyi pullara bəlkə də bir Olimpiya Kompleksi tikmək olardı. Әgər bu məsələni jurnalistlər araşdırmaq istəyirlərsə, Avropa Yayımlar Birliyindən həmin yarışmada Ömər Sultanova komissiyalardan yox, ölkələrdən SMS-lə nə qədər səs verildiyini istəsin, alsın, onda hər şey sizə tam aydın olacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


DİGƏR XƏBƏRLƏR
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Bu şəxslər hərbi toplanışlara da çağırılmayacaq – Qanun təsdiqləndi
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
XƏBƏR LENTİ
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
-
Bu şəxslər hərbi toplanışlara da çağırılmayacaq – Qanun təsdiqləndi
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
“Liverpul” Premyer Liqada tarixi göstəriciyə imza atdı
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
Tanınmış xanəndə “Zaza Dayı” ilə (Foto)
-
Ada Süleymanova ilə qəzada ölən Anar məşhur iş adamının oğludur
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)
-
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
-
Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixədək müzakirə olunacaq
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
“Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu (Foto)
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)
-
Azərbaycanda iki nəfər çayda batdı - Axtarışlar davam edir
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu





