Cəmiyyət

Narkomanların Bakıxanova axışmasının sirri bilindi

8 May 2014 16:59
7 Şərh     Baxış: 10 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arzu" şadlıq evinin yanında narkotiki açıq satırlar

Bir neçə gün əvvəl baş nazirin müavini, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov sensasion açıqlama verdi.

Komissiya sədri dedi ki, ötən il narkotik vasitələrin dövriyyədən çıxarılması zamanı nöqsanlara yol verilib, bəzi qurumlar dövriyyədən çıxarılan narkotik vasitələr - heroin əvəzinə "poroşok" yandırıblar. Ə.Həsənov faktiki olaraq dövriyyədən çıxarılan narkotiklərin yenidən dövriyyəyə qaytarıldığını açıqladı, amma bunu konkret kimin etdiyini söyləmədi. Azərbaycanda Ə.Həsənov kimi yüksək ranqlı məmurun belə bir faktı açıqlaması həm də onun durumunu açıq göstərən məqamdır. Belə görünür ki, Ə.Həsənov səlahiyyətlərindən istifadə edərək müvafiq qurumlara müraciətlər edib. Nəticə isə özünün istədiyi kimi olmayıb və o, "evin içinin söhbətini çölə çıxarıb".

Ə.Həsənovun açıqlamasını xatırlatmağımız səbəbsiz deyil. "Yeni Müsavat"ın ötən ilin iyun saylarından birində "Bakıda açıq narkotik satılır" sərlöhvəli yazı dərc etmişdik. Həmin yazıda Xətai rayonu ərazisindəki Neyrocərrahiyyə xəstəxanasının qarşısındakı aptekdə "Tramadol" adlı nəşə verən dərmanın açıq şəkildə satılmasından söhbət açılırdı. Həmin yazıdan sonra qeyd edilən aptekdə qeyri-rəsmi yoxlamalar aparıldı və bir müddət orada "Tramadol" satmadılar. Hazırda həmin aptekdə narkotik satılıb-satılmaması haqda məlumat yoxdur. Redaksiyamıza daxil olan məlumata görə, "Tramadol"u narkomanlar Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Arzu" şadlıq evinin yanındakı aptekdən alırlar. Uyuşdurucu maddə "Panol-300 mq" adı ilə Türkiyədə, "Tramadol" adı ilə İranda istehsal edilir. Bu dərman prepapatı həkimin resepti əsasında şiş xəstəliklərindən əziyyət çəkənlərə yazılır və ancaq resept əsasında satıla bilər. Qeyd olunan aptekdə isə "Panol" və "Tramadol" açıq satışdadır. Həkim-narkoloqlardan biri dərmanın təyinatı haqda bunları deyib: "Bu preparat güclü ağrıkəsicidir. Bununla yanaşı, uyuşdurucu təsirə malikdir. İstifadə etdikdən sonra süstlük yaranır, reallıq hissi itir, hərəkət ləng olur, ətrafda baş verənlərə reaksiya vermək qabiliyyəti əhəmiyyətli dərəcədə azalır.
Uzun müddət istifadə edən şəxslərdə psixi və fiziki qüsurlar əmələ gətirir. Əsasən, bədxassəli şişdən əziyyət çəkən xəstələrə təyin olunur. Reseptsiz satışı qanunla qadağandır. Çünki narkotik vasitələrə aid bu preparat dozadan azca artıq istifadə edildikdə nəşələndirici təsir göstərir. Dövlət xəstəxanalarında bu dərman ağır xəstələrə pulsuz verilir".

Qeyd edək ki, hazırda şəhərin hər yerindən narkomanlar Bakıxanovdakı aptekə axışır.

Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən bildiriblər ki, "Panol" "Tramadol" "Narkotik vasitələrə aid reseptlərin yazılması" qaydası ilə aptekdən buraxılan dərmandır.

"Tramal"- "Tramadol" güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.