Azərbaycan Turizm İnstitutu Hesablama Palatasının institutda apardığı audit yoxlamaları nəticəsində aşkar edilmiş yeyinti faktları ilə bağlı yayılan məlumatlara münasibət bildirib. İnstitutdan Trend-ə daxil olan məlumatda qeyd olunur ki, heç bir əsas olmadan xırda inzibati nöqsanların mənimsəmə faktları kimi təqdim edilməsi cəhdlərinin son vaxtlar sistemli xarakter alması institut kollektivini və bu yazılanların həqiqəti əks etdirmədiyini bilən insanları həddən artıq məyus edib.
Hesablama Palatası tərəfindən dövlət ali təhsil müəssisəsi olan Azərbaycan Turizm İnstitutunda plana uyğun şəkildə 25 fevral - 29 mart 2013-cü il tarixlərində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi həyata keçirilib:
"Audit nəticəsində institutda bəzi xırda qüsurlar istisna olmaqla heç bir maliyyə pozuntusu və ya mənimsəmə faktı müəyyən edilməyib və bu, Hesablama Palatasının 28 mart 2013-cü il tarixli "Audit yoxlamasının yekun aktı"nda təsbit edilib. 2013-cü il üzrə Hesablama Palatası tərəfindən dövlət orqanları və müəssisələrində aparılmış auditlə bağlı Milli Məclisə hesabat verildikdən sonra bəzi KİV nümayəndələri hesabatdakı məlumatları təhrif edərək, institutda mənimsəmə hallarının olması ilə bağlı əsassız yazılar yazmağa başlayıblar".
Qeyd olunur ki, əslində isə audit zamanı müəyyən edilən qüsurlar yerindəcə həll edilib və institutda ilk dəfə keçirilmiş bu auditin nəticələri gənc ali təhsil müəssisəsi olan Azərbaycan Turizm İnstitutunda maliyyə intizamının və mal-material uçotunun daha da təkmilləşdirilməsi işinə xidmət edib:
"Bu qüsurların institutun dövlət pulunu mənimsəməsi kimi qələmə verilməsi ölkədə şəffaf, müasir beynəlxalq tələblərə uyğun ali təhsil müəssisəsinin qurulması prosesinə və bu prosesdə Azərbaycan Turizm İnstitutunun kollektivinin və bizə yardımçı olan onlarla yerli və xarici tərəfdaşımızın gördüyü işlərə kölgə salmaq cəhdidir. Öz fəaliyyətində qanunun aliliyini, şəffaflığı başlıca prinsiplər kimi rəhbər tutan Azərbaycan Turizm İnstitutunun kollektivi dövlətin və cəmiyyətin yüksək etimadını doğrultmaq, təhsil və turizm sahələri üzrə müəyyən edilmiş dövlət strategiyalarının icrası istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da bütün qüvvəsini səfərbər edəcək".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycan Turizm İnstitutu təhsil müəssisəsində yeyinti faktları ilə bağlı yayılan məlumatlara münasibət bildirdi
30 Aprel 2014 18:46
0 Şərh
Baxış: 670

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fəxrəddin Kərimovun 70 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO
-
Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda medallar qazanıblar
-
Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edildi - yenilənib - FOTO
-
İçi sərnişinlə dolu mikroavtobus aşdı - xəsarət alanlar var
-
Yüksək təzyiq zamanı nə yemək faydalıdır? - Dietoloqlardan məsləhət
-
Renat Dadaşova üç ölkədən təklif
-
Tanınmış aktyordan maraqlı açıqlama: “Çılpaq səhnələr mənimlə başlayır” - FOTOlar
-
QMİ: Zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq
-
Mahir Emreli İngiltərə klubunun təklifini qəbul etmədi
-
İsrail ordusu Tehrana raket zərbələri endirib – SEPAH-ın qərargahı vuruldu - VİDEO
-
Əczaçı xəstəyə dərman tövsiyyə edə bilərmi?
-
Torpaq özəlləşməsində mühüm addım
-
Şəhərinin mərkəzində yerləşən klinikada güclü yanğın
-
Niyə bəzi sığorta şirkətləri dəymiş ziyanın tamamını ödəmək istəmir?
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
-
Yatmaqda çətinlik çəkirsiniz? - Alimlərin tövsiyə etdiyi bu üsul
-
Kainatın sonu necə olacaq: Böyük donma, yoxsa böyük çöküş?
-
İrandan uçuşlarla bağlı yeni qərar
-
Bakıda Şıx çimərliyində iki yeniyetmə dənizdə batıb - VİDEO
-
1990-cı illərdən bəri görünməmiş hal: Rusiyadan on minlərlə alim qaçır - Kəşfiyyat
-
Şiraz və İsfahanda partlayışlar baş verdi
-
Hidayət Heydərov dünya çempionatında ilk görüşdə uduzdu
-
İranın zərbələri İsraili sarsıtdı: 15 ölü, 385 yaralı
-
Fənərbaxçaya gedəcəkdi, baxın hara getdi