Cəmiyyət

Azərbaycan xanlıqlarına aid bayraqlar bərpa edilib - VİDEO

22 Aprel 2014 14:45
0 Şərh     Baxış: 2 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Türkel TV-yə (TTV) istinadən bildirir ki, paytaxtın mərkəzində 162 metr hündürlükdə dalğalanan dünyanın diqqətini çəkən üçrəngli Azərbaycan bayrağı 1918-ci ildə tarixə yazıldı. Şəhərin müxtəlif nöqtələrindən aydın görünən əzəmətli ay-ulduzlu bayraq türkçülüyü, islamı və müasirliyi özündə birləşdirir. 2450 kvadratmetr sahəsi olan meydanda ucalan bayrağımız Ginnesin Rekordlar Kitabına düşüb.

Bayrağın yaradılması haqqında ilk hökumət qərarı məhz həmin il iyunun 21-də verildi. Qərara görə, Azərbaycan bayrağı qırmızı rəngdə olmalı, üstündə isə ağ aypara və 8 güşəli ulduzun təsviri verilməliydi. Xalq cümhuriyyəti fəaliyyətə başlayandan az sonra Bakıda noyabrın 9-da bayraq haqqında ikinci qərar qəbul edildi. Parlamentin yığıncağında Məhəmmədəmin Rəsulzadə Azərbaycan bayrağını elan etdi. Bayraq göy, qırmızı və yaşıl rəngli ağ aypara və 8 ulduzdan ibarət oldu.

Dövlət bayraq müzeyində indiki zamana qədər Azərbaycana məxsus bayraqlar qorunub saxlanır. Bu sırada 1918-ci ildə osmanlı imperiyasının diplomatik nümayəndəliyinin binası qarşısında dalğalanan bayraq və xanlıqlar dövrünə aid olan bir neçə bayraq da var. Xanlıqlara aid bayraqlar bu yaxınlarda bərpa olunub. Dövlət bayraq müzeyinin direktoru Könül İmamverdiyeva:

"Onların arasında, Bakı və Gəncə xanlıqlarına məxsus olan dövlət bayrağı və Cavad xana məxsus olan bayraq var. Şəki xanlığının bayrağını da bərpa etdik. İrəvan xanlığının da iki bayrağını biz burada nümayiş etdiririk. İlk dövlətlərdən biri Şirvanşahlar dövlətinə aid zirehli geyim var. Şirvanşah Xəlilullaha məxsusdur. Səfəvilərə aid silah var. Bayraq ucluğu var Gəncə xanlığına aid. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.