Cəmiyyət

Peyğəmbərin (s) qızı həzrəti Fatimənin (s.ə) şəhid edilən günü

16 Mart 2014 20:19
0 Şərh     Baxış: 45 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hicri-qəməri tarixi ilə dünən Fatimeyi-Zəhranın (s.ə) şəhid olunan gününə təsadüf edirdi.

Bu gün hicri-qəməri tarixi ilə 1435-ci ilin Cumada əl-Uula ayının 14-dür. Məhəmməd ibni Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsindən 5 il sonra həzrəti Fatimə (s.ə) dünyaya göz açıb.

Milli.Az İslam.az-a istinadən bildirir ki, Həzrəti Fatimə Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladdır. Belə ki, Məhəmməd peyğəmbərin (s) iki xanımdan 7 övladı olmasına baxmayaraq, həzrəti Fatimə istisna olmaqla onların hamısı peyğəmbərdən əvvəl vəfat ediblər. Peyğəmbər nəslinin davam etdirilməsi isə həzrəti Fatimənin övladları vasitəsilə baş tutub.

"Qurani-Kərim"in bir çox ayələrində, xüsusilə Əhzab surəsinin 33-cü ayəsində peyğəmbər ailəsinin və nəslinin kimlərdən ibarət olduğu təkidlə qeyd edilir. Bu məsələyə peyğəmbərdən nəql eilən hədislərdə daha çox yer verilib.

Həzrəti Fatimənin uşaqlıq illəri atasının müşriklərlə mübarizəsinin gur və şiddətli zamanına təsadüf edir. Həzrəti peyğəmbər belə bir zamanda həyat yoldaşı həzrəti-Xədicəni (s.ə) itirir. Bu zaman Fatimeyi Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artırdı. Həzrəti Fatimə müşriklərin atasına verdyi əzab əziyyətləri görür və hiss edirdi. O, bu anlarda daima atası peyğəmbərin yanında idi. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını "Atasının anası" deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən yəni peyğəmbərdən cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı həzrəti Əli (ə) onu gecə ikən, bədbinlər qəbrin yerini bilməsinlər deyə, dəfn edir. Məhz buna görə də həzrəti Fatimənin (s.ə) məqbərəsi naməlum olaraq qalır.

Fatimeyi Zəhranın (s.ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli tarixi hədis var. Bu iki fakt onun şəhid edilməsinin 20 gün fərqlə qeyd olunmasına əsas yaradır. Bir çox müsəlman ölkəsində bu 20 günü "Fatimiyyə" günləri kimi qeyd edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.