Cənnətdə kişilərə hurilər veriləcək. Bəs qadınlara hansı mükafatlar veriləcək?
Milli.Az İslam.az-a istinadən bildirir ki, cənnət nemətlərini maddi ləzzətlərlə məhdudlaşdırmaq düzgün deyil. Möminlər cənnətdə gözəl saraylar, dadlı meyvələr, ağacların altından axan sularla, huri-qılmanlarla yanaşı, mənəvi nemətlərə də layiq görüləcəklər. Quran müxtəlif səviyyəli insanlar üçün cənnət nemətlərini təsvir edir. Kimisi bu nemətlərin içində huriləri daha çox arzulayır, kimisi peyğəmbər və imamlarla qonşu olmağı diləyir, kimisi üçün Allahın razılığı kifayətdir.
Suala gəlincə, rəvayətlərdən məlum olur ki, əgər ərlə arvadın hər ikisi cənnətə düşərsə, öz ərindən razı olan və onu sevən qadına əri ilə birlikdə olmağa icazə veriləcək. Əgər qadının əri cəhənnəmə layiq görülərsə, yaxud qadın öz əri ilə birlikdə olmağa razılıq verməzsə, ona icazə veriləcək ki, başqa bir kişi ilə ailə quraraq cənnətdə qalsın. Həmçinin mömin kişilər üçün cənnətdə qadın cinsindən olan "huri" adlı yaraşıqlı varlıqlar olduğu kimi, möminə qadınlar üçün də kişi cinsindən "qılman" adlı yaraşıqlı varlıqlar olacaq. Möminə qadın öz istəyi ilə bu qılmanlardan birinə ərə gedə biləcək.
Milli.Az