Cəmiyyət

Hansı yaxşıdır: qadın, yoxsa kişi kollektivi? - MÜZAKİRƏ

3 Mart 2014 14:36
25 Şərh     Baxış: 2 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hər hansı bir işə düzələrkən kürsünün rahatlığına və ofisin eyvanlarının və pəncərələrinin sayına nəzər salırıq. Orada zərif cinsin, yoxsa güclü cinsin nümayəndələrinin çoxluq təşkil etməsi bizi az maraqlandırır.

Əgər kişilərin gözü ilə məsələyə nəzər salsaq, sözsüz ki, çoxlu xanımın işlədiyi kollektivdə çalışmaq daha xoşdur. Belə olan yerlərdə kişi daha çox diqqət mərkəzində olacaq. Nahar ucuz başa gələcək, bəlkə də xanımlar onu şəxsi maşınlarında gətirəcəklər ki, bu da nəqliyyat xərclərinin azalması deməkdir. Hətta karyera imkanları da yaxşılaşacaq. Sözsüz ki, bütün bunlar kollektivə xoş gələcəyiniz təqdirdə ola bilər. Hələ bu da işin yarısıdır. Çünki xanım kollektivində işləyən kişi daha diqqətli olmalıdır. Bir yoldaşını digər yoldaşından daha üstün tutsa, işlər yaxşı getməyəcək.

Milli.Az Day.Az saytına istinadən bildirir ki, kişi kollektivinin mənfi və müsbət cəhətləri var. Çünki kişi kollektivində də "sözbaz"lar olur. Bununla belə, kişi kollektivində işləməyin üstün cəhətləri də şübhəsizdir. Burada yaxşı dostlar taparaq kollektivin möhkəmliyini yoxlaya bilərsiniz.

Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular?

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.