Cəmiyyət

Geyiminə görə İTV-dən uzaqlaşdırılan teleaparıcı danışdı - YENİLƏNİB - VİDEO - FOTO

10 Fevral 2014 16:08
37 Şərh     Baxış: 29 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:08 İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova haqqında gəzən söz-söhbətlərə Publika.az vasitəsi ilə aydınlıq gətirib:

"Mən şou adamı deyiləm, bu söhbətə görə də çox utanıram. Gərək belə olmayaydı, amma oldu. Bu, bir təsadüf idi, canlı yayımda, kofta sürüşdü. Yoxsa mən açıq-saçıq geyinən adam deyiləm, təbiətimdə bu yoxdur".
 

L.Aslanova İTV-nin qərarı barədə, hələ ki, məlumatsız olduğunu bildirdi: "Mənə İTV rəhbərliyi, hələ ki, bir açıqlama verməyib. Onların qərarından asılı olaraq mən də öz qərarımı verəcəyəm. Əgər İTV qərar versə ki, proqram bağlanacaq, qoy belə olsun. Mən öz işimlə məşğulam".
 

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir.

---------
13:50

İTV geyiminə görə aparıcını işdən çıxardı


İctimai Televiziya son günlər sosial şəbəkələrdə və xəbər portallarında müzakirə edilən "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova ilə yollarını ayırıb.

AzVision.az-ın məlumatına görə, bunu telekanalın mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev bildirib.

O, bildirib ki, L.Aslanova artıq İTV-nin əməkdaşı deyil:

"Bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir. Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o artıq İTV-nin əməkdaşı deyil".

Qeyd edək ki, İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın geyimi sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Tibb verilişinin aparıcısının açıq-saçıq geyimi verilişi izləyənlərin diqqətini çəkib. Uzun fasilədən sonra yenidən efirə qayıdan verilişə aparıcı sinəsi açıq paltarda çıxıb.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.