Cəmiyyət

Bərdədə transformator partladı, güclü yanğın baş verdi

30 Yanvar 2014 18:00
0 Şərh     Baxış: 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bərdənin Lək kəndində elektrik transformatorunun partlaması nəticəsində həmin ərazidə güclü yanğın baş verib. Transformatora birləşən yüksəkgərginlikli elektirik xəttlərindən bir neçəsi qırılaraq kənd sakinlərindən birinin çəpərinə düşüb. Bu da alovun sürətlə yayılmasına səbəb olub. Yerli əhali yanğını söndürməyə çalışsa da, havanın nisbətən küləkli olması vəziyyəti gərginləşdirib.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, yalnız Fövqəladə Hallar Nazirliyi Bərdə Dövlət Yanğın Təhlükısizlik Xidmətinin əməkdaşları və yanğınsöndürən maşınları əraziyə cəlb olunduqdan sonra alovu söndürmək mümkün olub. Hadisə zamanı xəsarət alan olmayıb. Amma partlayış zamanı bir necə evdə elektriklə işləyən məişət avadanlıqları - televizor, soyuducu, paltaryuyan maşın və.s. sıradan çıxıb. Hadisəyə transformatorun həddən artıq yüklənməsi nəticəsində yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.