Bakı metrosunun iş qrafiki dəyişir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaxın günlərdə hava şəraitinin kəskin soyuması və qarın yağması ehtimalı ilə əlaqədar Bakı Metropoliteni xüsusi tədbirlər planının icrasına tam hazırdır.Hava şəraiti ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçib
Metropolitendən APA-ya verilən məlumata görə, yol xidmətinin qarla mübarizə qərargahında müvafiq hazırlıq planı yerinə yetirilib.
Xidmətin baş mühəndisi Əhmədağa Ağayev bildirib ki, yay dövründə qarla mübarizə sahəsi üçün lazım olan bütün avadanlıq və ləvazimatlar alınıb, sahələrdə təmir-bərpa işləri yerinə yetirilib.
Belə ki, qışın ən çox təsir etdiyi sahələr metropolitenin açıq hava şəraitində olan "N.Nərimanov" elektrik deposunun yollarıdır. Ə.Ağayev qeyd edib ki, metropoliten rəisinin tapşırığına əsasən, yayda qarla mübarizə sahəsinin avadanlıqları əsaslı şəkildə yenilənib: "Üfürücü qurğular tam yenilənməklə onların imkanları artırılıb, kranların sayı artırılıb. Əvvəl hər üfürücü qurğuya bir neçə yüksək təzyiqli şlanq qoşulurdusa, indi hər qurğunun öz şlanqı var".
Qarla mübarizədə əsas rolda olan yol xidmətinin iki saylı distansiyasının rəisi Amil Nəsirov isə tədbirlər planına uyğun olaraq, bütün üfürücü qurğuların təftiş edilib, yoxlanıldığını deyib. Eyni zamanda, qərargahdakı bütün avadanlıqlar, ləvazimatlar, geyim dəstləri, məişət əşyalarının hamısı tələbata uyğun olaraq yenilənib. İsitmə sistemi ən yüksək səviyyədə təmin edilib. Geyim dəstlərinin quruducularının sazlığı da təmin olunub.
A.Nəsirov hava şəraiti ilə əlaqədar artıq bütün işçilərə xəbərdarlıq edildiyini və müvafiq növbətçi siyahılarının da hazırlandığını bildirib: "Hava şəraiti ilə əlaqədar artıq gücləndirilmiş iş rejiminə keçmişik. Bununla əlaqədar gecə növbələri təyin edilib və işçilərə göstərişlər verilib. İlk dəfə qarla mübarizədə iştirak edəcək işçilərə xüsusi təlimatlar verilib, praktiki məşğələlər aparılıb".
Yol xidmətinin baş mühəndisi əlavə edib ki, çovğunlu günlərdə 2 saylı distansiyaya həm birinci distansiyadan, həm də yolun vəziyyətinə və diaqnostikasına nəzarət sahəsindən qatılacaq işçilərin siyahısı hazırlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Daha bir dövlət müəssisəsi ləğv edildi
-
Bağçalıdan çağırış: Azərbaycanın suverenliyinə hörmət edilməlidir
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır





