Əziyyəti rahatlığa necə çevirək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə "həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq" deyərlər". ("Bəqərə" 156). Bu ayədən də göründüyü kimi çətinliklər insanın imtahan vasitələridir. Allahın buyurduğu kimi o kəslər bu imtahanda qalib gələrlər ki, daha çox Allahı yada salarlar. Ondan yardım diləyərlər.
Səbri gücləndirməyin yolları
1. Hədəfə iman bəsləmək.
Hədəfə iman bəsləmək - insanın həm daxili və həm də xarici mühərrikidir ki, insanı hədəfə tərəf çəkər. Çətinlikləri və müşkülləri asan edər. Səbəb olar ki, çətinliyə düşən insan aram və yəqinlə dolu qəlblə yoluna davam etsin. Getdiyimiz yola imanımız hər nə qədər çox olarsa, çətinliklərə və əziyyətlərə səbir etmək də bir o qədər çox olar. "Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir". ("Ənkəbut" 69).
2. Təqva.
İnsanın çətinliklər qarşısındakı səbrini ikiqat artıra bilən amillərdən biri də təqvadır. "Ey iman gətirənlər, əgər Allahdan qorxsanız (təqvalı olsanız), O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər". ("Ənfal" 29).
3. Dünyanı tanımaq.
Səbri gücləndirməyin yollarından biri də dünyanı yaxşı tanımaqdır. Bu dünyanın keçici olduğunu və əbədi olmadığını qəbul etməkdir. Yəni, biz Allahın əmri ilə gəlmiş və Allahın əmri ilə də gedəcəyik. Ona görə də bu dünyaya görə qəm yeməyin faydası yoxdur.
4. Allahın bu olanlardan agah olması.
Əgər insan bütün bu hadisələrdən Allahın agah olmasını bilirsə, bu zaman o, özünü gələcək imtahanlar üçün hazırlayar. Ona görə də Quran dəfələrlə tarixə nəzər salmağı və ondan ibrət götürməyi tövsiyə etmişdir. "Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbir etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi". ("Ənam" 34).
Səbri gücləndirən amillərdən biri də Məsumlara (ə) təvəssül etməkdir.
Çətinlikləri əməli olaraq necə aradan qaldıra bilərik?
1. İstiğfar.
Çətinlikləri aradan qaldırmağın ən təsirli yolu - tövbə və istiğfar etməkdir. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Allah dərgahına çoxlu istiğfar edər, Allah çətinliklərini aradan qaldırar, çətinliklərini asan edər. Gözləmədiyi yerdən ona ruzi verər".
2. Sədəqə və infaq.
Çətinlikləri aradan qaldırmağa kömək edən yollardan biri də Allah yolunda sədəqə vermək və infaq etməkdir. "Amma kim (öz malından və var-yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa və Allahın vədlərini təsdiq etsə, Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar)". ("Ləyl" 5-7).
3. Sileyi-rəhm.
Çətinlikləri aradan qaldıra bilən yollardan biri də sileyi-rəhmdir. İmam Sadiq (ə) buyurur: "Tanışlarınla görüşmək əməllərin qəbul olmasına, malın artmasına, hesabın asan olmasına, çətinliklərin aradan qalxmasına və ruzinin artmasına səbəb olar".
İnsan əgər inansa ki, Allah onun hər bir halına nazirdir, bu zaman elə rəftar edər ki, Onun razılığını əldə edə bilsin. İlahi razılığı əldə etməkdən daha gözəl nə ola bilər ki?
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Daha bir dövlət müəssisəsi ləğv edildi
-
Bağçalıdan çağırış: Azərbaycanın suverenliyinə hörmət edilməlidir
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır





