Cəmiyyət

Yardım edərkən həddini aşma, həm də xəsislik etmə

30 Yanvar 2014 19:16
2 Şərh     Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yoxsul o kəsdir ki, ehtiyac içində olar. Yoxsul o kəsdir ki, o qədər əli boşdur ki, evdə oturmağa məcbur olar. Və yoxsula yardım etmək - Məsumların (ə) tövsiyəsidir. (Tebyan)

"Yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin". ("Nisa" 36)."Yoxsullara yaxşılıq edin". ("Bəqərə" 83).

Milli.Az Deyerler.org-a istinadən bildirirk i, əgər yaxınlarınıza yaxşılıq etmək istəyirsinizsə, ilk olaraq valideynlərinizə, qohumlarınıza və yetimlərə yaxşılıq edin. "(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun". ("Bəqərə" 215).

Əgər sizə miras çatıbdırsa, ondan yanınızda qalan yoxsullara da verin. "Miras bölgüsü zamanı orada (vərəsələrdən olmayan) qohumlar, yetimlər və yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir şey verin və gözəl, bəyənilən söz deyin". ("Nisa" 8).

Allah xümsdən və zəkatdan yoxsulların payını ayırar. "Həqiqətən sədəqələr (malların və canların zəkatı) yoxsulların, miskinlərindir". ("Tövbə" 60).

Allah Təala sevimli Peyğəmbərə (s) də əmr edərdi ki, yoxsullara yardım etsin. "Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver". ("İsra" 26). "Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver". ("Rum" 38).

Şeytan insana vəsvəsə edər ki, yardım etmə, yoxsa yoxsul olarsan. Allah isə buyurur ki, hər nə qədər Mənim yolumda xərcləsən, sənə geri qayıdacağam. "Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir". ("Bəqərə" 268).

Əgər Allah yolunda infaq etmisənsə, minnət qoymadan et. "Mallarını Allah yolunda xərcləyib, sonra etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların) Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar". ("Bəqərə" 262).

Allah təzə bəyləri ehtiyacsız edər. "(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir". ("Nur" 32).

Bir yoxsulu görən zaman sən də xatırla ki, Allah dərgahında sən də yoxsulsan. "Ey insanlar, sizin hamınız Allaha möhtacsınız". ("Fatir" 15).

İnfaq edən zaman nə simiclik et, nə də həddini aşma. "Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar". ("Furqan" 67).

Əgər qonşunda ac vardırsa, sən tox yatma, çünki bu cəhənnəm əhlinin sifətidir. "Bir-birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz". ("Fəcr" 18).

"Və heç vaxt (özünü və başqalarını) fəqirə və ehtiyacı olana yemək verməyə rəğbətləndirmirdi". ("Haqqə" 34).

Allah Təalanın müqəddəs buyuruşlarına riayət edək və infaq edənlərdən olaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.