Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirliyin olmayan direktorları: "etibarlı mənbə"yə inanmayın
30 Yanvar 2014 14:58
Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin Trend-ə müsahibəsi.
- ƏƏSMN-in İctimaiyyətlə əlaqələri şöbəsinə yeni təyin olunmusunuz. Bu sahədə nə kimi yeniliklər gözlənilir?
- İlk növbədə, biz öz üzərimizə düşən vəzifəni - mətbuatla əlaqələri, təbliğat işini daha da gücləndirməyi düşünürük. Bildiyiniz kimi, ƏƏSMN-də ciddi islahatlara başlanılıb və bu islahatlar əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində bir sıra mühüm yenilikləri, şəffaflığa nail olmağı özündə ehtiva edir. Nazirliyin fəaliyyətində qeyd olunmuş istiqamətlər üzrə müvafiq nöqsan və çatışmazlıqların aradan qaldırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara daha yüksək keyfiyyətli xidmətin göstərilməsi, bu işlərə ixtisaslı kadrların cəlb edilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi islahatların əsasını təşkil edir. Bu islahatların aparılması müəyyən zaman tələb edir və cəmiyyət tezliklə bu islahatların nəticələrini görəcək. Eyni zamanda, bu islahatların mətbuatda düzgün işıqlandırılması sahəsində ciddi iş aparılacaq.
Təəssüf ki, bir sıra mətbuat orqanlarında nazirliyin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yer almaqdadır. Hətta işdən çıxarılan şəxslər nazirliyin əməkdaşı kimi təqdim edilir. Məsələn, Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Vəliyev ötən il dekabrın 27-də işdən azad olunub. Amma bu gün işıq üzü görən bəzi qəzetlərdə, o cümlədən bir sıra saytlarda A.Vəliyev Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri kimi təqdim olunur. Yazırlar ki, A.Vəliyev rayonda guya, hansısa əməllərlə məşğuldur və nazirlik onun fəaliyyətinə göz yumur. Bu tipli dəqiqləşdirilməmiş məlumatlar, "etibarlı mənbə"yə istinad olunan yazılar, demək olar, hər gün dərc olunmaqdadır və bu da təəssüf doğurur.
- Şəffaflığa nail olmaq üçün nə kimi yeni elektron xidmətlər istifadəyə veriləcək?
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə göstərilən sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi və yeni xidmətlərin istifadəyə verilməsi istiqamətində ciddi işlər aparılır. Bunlardan birini - ünvanlı sosial yardımların təyinatının avtomatlaşdırılması xidmətini bu günlərdə nazir Səlim Müslümov mətbuata açıqlamışdı. Bu xidmətin cari ilin sonuna kimi hazır olması üçün fəaliyyətə başlanılıb. Xidmətin tam istifadəyə verilməsi üçün bir sıra dövlət qurumlarının ünvanlı sosial yardımın təyinində tələb olunan sənədlərlə bağlı bazalarının tam elektronlaşdırılması və ƏƏSMN-in bu bazalara qoşulması lazımdır. Bütün bu işlərin aparılması ünvanlı sosial yardımların ödənişinin artıq elektron imza sertifikatları vasitəsilə mərkəzləşdirilmiş qaydada aparılmasına imkan verəcək. Bundan başqa, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin bir sıra fəaliyyət istiqamətləri elektronlaşdırılacaq. Yaxın günlərdə cəmiyyətə bu barədə əlavə məlumat veriləcək.
- Kadr islahatları ilə bağlı soruşmaq istərdik. ƏƏSMN-in Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə yeni müdir təyin edilibmi?
- Bəli, nazirin müvafiq əmrinə uyğun olaraq Zərifə Əzizova ƏƏSMN-in Yevlax Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müdir təyin olunub və artıq bu gündən fəaliyyətə başlayıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Daha bir dövlət müəssisəsi ləğv edildi
-
Bağçalıdan çağırış: Azərbaycanın suverenliyinə hörmət edilməlidir
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır