Cəmiyyət

Məhəbbət Kazımovun oğlu: "Onların təklifini qəbul etmədik..."

30 Yanvar 2014 12:37
25 Şərh     Baxış: 26 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Məhəbbət Kazımovun ölümü ilə əlaqədar ailəmizə dövlət nümayəndələri və ayrı-ayrı tanınmış şəxslər tərəfindən diqqət gördük. Sağ olsunlar. Bu, Məhəbbət Kazımov sənətinə olan qiymətdir. Amma biz həmin adamların təklifini qəbul etmədik".

Bunu AzNews.az-a əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov bildirib. Onun fikrincə, olunan təkliflər ailədə müzakirə edildikdən sonra belə bir qərar verilib:

"Bizə olunan dəstək təkliflərini ailədə müzakirə etdik. Düşündük ki, bu dəstəklərin heç birini qəbul etməyək. Çünki birini qəbul etsək, o birini etməsək, kimsə inciyəcək. Ən başlıcası isə ona görə ki, atamın heç vaxt kiminsə dəstəyinə ehtiyacı olmayıb. Belə şeylər ailəmizə yaddır. Atam özü belə şeylərə imkan verməyibsə, ailəsi əsla verməz".

Xatırladaq ki, əməkdar artist Məhəbbət Kazımov yanvarın 27-də dünyasını dəyişib və o, Xırdalan qəbristanlığında dəfn olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.