Cəmiyyət

Maşın bazarında yanan nədir? - FOTO

30 Yanvar 2014 10:12
1 Şərh     Baxış: 1 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakı ötən illərlə müqayisədə daha təmiz və gözəldir. Bununla belə, şəhərin kənar hissələrindəki xoşagəlməz mənzərə hələ də sakinləri narahat edir.

Milli.Az-ın məlumatına görə, oxuculardan biri Day.Az saytına yazıb ki, Badamdar tərəfdəki maşın bazarı yaxınlığında həmişə məişət tullantıları yandırılır.

Saytın əməkdaşı həmin sahənin hansı quruma məxsus olduğu və nəyə görə tədbir görülmədiyini araşdırıb.

Avtomobil bazarının direktor müavini Əli Məmmədovla əlaqə saxlayıb. Onun sözlərinə görə, yanan sahə bazarın hüdudlarından kənardadır: "Ora bizim ərazimiz deyil. Buna görə də bir söz deyə bilmərəm".

Yasamal rayon 22 saylı Mənzil İstismar İdarəsinin rəisi Sadiq Məmmədov da həmin sahənin onlara məxsus olmadığını deyib.

"Təmiz şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Leyla Sadıqova deyib ki, zibilliklərin təmizlənməsi onların səlahiyyətlərinə daxil deyil. Bununla belə məsələ ilə bağlı idarənin rəhbərliyinə məlumat verəcəyini deyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.