Bu yaxınlarda tanışlardan birinin ad gününü qeyd edirdik. Ortabab kafelərdən birinin banket zalını 15-20 nəfərlik siyirməbadə, bığıburma "əsgərlə" işğal edib, başladıq kəmərin altını genetikası dəyişdirilmiş qidalar və zəhərli sularla doldurmağa. Məclisin birinci hissəsi yubilyarın cəmdəyinə döşənən xeyir-dualar, ən azı 100 il yaşamasına dair arzu-diləklər, eləcə də həyatda onun kimi yaxşı oğlan olmaması barədə tərifnamələrlə yadda qaldı.
Keyflər alababat durulduqdan sonra tamaşanın ikinci hissəsinə - qeyri-yubilyarların qarşılıqlı tərif və sağlıq kampaniyasına start verildi. Hamı bir-birini tərifləyir, yanaşı və üzbəüz oturanlar sarmaşıb-yalaşır, yağlaşoy pəncələrsə guppultu ilə kürəklərə çırpılırdı. O arada sarmaş-dolaş qol-qıçların içində kimin əlinin kimə araq içirdiyi tarixdə sirr olaraq qaldı. Məclis əhli bir-birinin, o cümlədən 7 arxa dönəninin şəninə o qədər mədhiyyələr oxudu ki, sən demə bizim masanın sakinləri, eləcə də onların əsil-nəsli Adəm əleyhissalamdan üzü bu yana bəşəriyyətin ən tapılmaz inciləriymiş.
Nəysə, yetişdik vurçatlasın prosesinin üçüncü və ən yağlı hissəsinə. Yubilyarı təriflədilər, bir-birilərini təriflədilər və qaldı nə? Özünümədhetmə. Koloriti qaçırmamaq üçün bu hissənin rəsmini Məşinin timsalında çəkmək yerinə düşər. Əsl adını bilmədiyim və bilməyə də qətiyyən həvəs göstərmədiyim bu palazqulaq qaqa yubilyarın əsgərlik dostlarındanmış. "Ər oğlu ər" qalxdı ayağa, necə qalxdı: "Qaqa, mən elə bir oğlanam ki, eləmi? Özünü tərifləmək çıxmasın, qaqa, mən dostumdan ötrü ölümə gedərəm eee. Hamınız məni yaxşı tanıyırsınız, mən dədəm Şəbənin oğluyam eee, o kişinin oğluyam. Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik dədəm elə yeyib-içən kişiydi ki, bir dəfə ayağı büdrəmədi, arağın dalındaca canını tapşırdı. Babalarım da belə kişilər olublar ha. "Vapşe", qaqa, bizim nəsillikcə ürəyimiz təmizdir, heç kimə mərdimazarlıq etmərik, "prosda" özümüz üçün yeyib-içirik..."
Bu yerdə min oyundan çıxıb, sonra "təki ürəyin təmiz olsun" deyilməsi gözlərim önünə gəldi. Ömrüm boyu mənə çatmayıb ki, insan dünyada hansı alçaq, biədəb, mərdimazar və günah əməl varsa, onu törədəndən sonra necə deyə bilər ki, təki ürəyin təmiz olsun? Bəyəm ürək alt paltarıdır ki, gecə qadınlarının qoynundan çıxandan sonra bir çimdik sabunla yaxalayıb, ləkəsini aparasan? Yaxud, hansısa bədbəxtin barəsində qurduğun vicdansız planları "bezrazmer" corab kimi ürəyin içinə doldurduqdan sonra, oradakı üfunətli qoxudan dayanmaq olar? Xeyr. Deməli, insan hər zaman özündə olmayan keyfiyyətdən dəm vurar.
Bunları düşünə-düşünə başımı qaldırıb diqqətlə hələ də qırıldatmaqda olan Məşinin üzünə baxdım. Vay dədəm, vay. Gədənin sifətinə baxanda az qalırsan xortdanın Cəhənnəmdəki iqamətgahında şükür namazı qılasan. Sanki dünyanın bütün əliəyriləri, binamusları və şərəfsizləri bir yerə yığışıb, qaqanın gözlərindən sənə boylanırlar. Arağın dalındaca o tərəfə vasil olan dədəsini ikidə-bir tərifləyib, mırıq dişlərini gözümüzə soxduqca Göygöz Kosanın şəcərəsindən törəndiyinə heç bir şübhən qalmır.
Özünəməftunluğun ortasında "bəşərin göz bəbəyi"nə zəng gəldi. Ofisiantların köməyi ilə telefondakı "yes" düyməsini tapmağı ilə daxili "gözəlliyinin" təzahür etməsi bir oldu: "Nədi aaaaaaaaz dədənin gorunu...... Qoymazsan əlimizdə zəhrimarımızı içək? Kəs səsini a ....! Yoxsa gəlib, tutub zatı-pakını.... ha! İtdən törəyib, donuzdan əmələ gələnin balası!". Bunun ardınca "no" düyməsi üçün təkrar ofisiantları yardıma çağıran palazqulaq üzünü məclisə tutub, telefon söhbətinə kişiyana açıqlama gətirdi: "A qaqalar, bu arvad itin qızı məni çərlədəcək eee. İndi gedirəm evə, onu eşşək balası kimi tapdamasam, məndən nakişi adam yoxdur. Hə harda qalmışdıq?..."
Artıq bu heyvərəni dinləməyə səbrim çatmadı. Məclisdən yarımçıq ayrılıb, yol boyu onun və onun kimi bütün zavallıların aqibətini düşündüm. Öz dilləri ilə desək, zəhrimardan eşşək kimi gilləyən, üstündən şəhərdəki ən əxlaqsız qadınların qucağında yuxulayıb ciblərini boşaldan, sonra boşalmış ciblərini oğruluq və mərdimazarlıq hesabına doldurmağa çalışan, nəhayət çöldəkinə yetməyən gücünü dilsiz arvadlarının üstündə sınaqdan keçirən bu zavallı zümrə hələ də "təki ürəyin təmiz olsun" iddiasındadır. İbadət əhli olan 15 yaşlı uşağın içki düşkünü 45 yaşlı atasına verdiyi sual necə də yerinə düşür: "Mən günahlarımdan dolayı namazdan sonra əlimi qaldırıb, dua etməyə utanıram. Sizin arağa sarılıb, Allahla istək alış-verişi etməyə necə üzünüz gəlir, ata?".
Nihat Tur
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Araq şüşəsinə sarılıb canını tapşıran müsəlmanlar kimlərdir?
23 Noyabr 2010 09:51
Baxış: 533

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycandan İrana gedənlər çoxalıb - statistika
-
“Uşaq təhsili unudulub - Binalar bağçasız tikilir” - Parlamentdə məsələ qaldırıldı
-
Turist axını qiymətləri "qızışdırdı" - Bölgələrdə kirayə ev tapmaq çətinləşir
-
Məktəbli formaları dəyişəcək? – Nazir aydınlıq gətirdi
-
100 manata 9 sm boy uzanması: Azərbaycanda yeni dələduzluq?
-
AZSTAND Azərbaycan milli mətbuatının 150 illiyinə həsr edilmiş seminar keçirib - FOTOlar
XƏBƏR LENTİ
-
Xaricdən Azərbaycana yatırılan investisiyaların həcmi açıqlandı
-
Oğlunun bu hərəkəti Nazpərini ağlatdı - VİDEO
-
Bibliyanın xəbərdarlığı reallaşır: Nəhəng çay quruyur - Təhlükə nədir?
-
Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq
-
Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür
-
Kondisioner bu xəstəlikləri müalicə edirmiş - bir şərtlə
-
Türk seriallarının ulduzu TANINMAZ HALDA: "parik" qoyurmuş... - FOTO
-
“Real”ın yeni ulduzunun sevgilisi gözəlliyi ilə göz qamaşdırdı - FOTOlar
-
Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama
-
Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO
-
Ronaldu qərarını verdi - Müqavilə imzalanır
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - VİDEO
-
Sabitlik və qürur sütunu - 107 illik şərəfli tarix
-
Günün qoroskopu: Sevgi münasibətlərində dərin söhbətlərə fürsət yaranır
-
İki illik evlilikləri bitir - FOTO
-
"Tək gözlə imtahandan 55 bal topladım" - Gözünü arı sancan müəllim
-
Vüsaldan ilk açıqlama!
-
Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş - VİDEO
-
Benzini "klik" səsindən sonra doldurmayın - XƏBƏRDARLIQ
-
Azərbaycandan İrana gedənlər çoxalıb - statistika
-
Talıb Talenin xanımına qoyduğu qadağa
-
Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ
-
Belə yuxular görənlər tez ölür