Cəmiyyət

ANS-ə "Cin"lə bağlı rəsmi xəbərdarlıq edildi

14 Yanvar 2014 17:53
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib

Şuradan Trend-ə verilən məlumata görə, iclasda "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən "Adam içində" verilişində "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.