Cəmiyyət

Mirşahin Ağayev: "Kimdir axı ANS-i satan?"

14 Yanvar 2014 17:38
Baxış: 3 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev Mövqe.az-a ANS telekanalının satışa çıxarılması barədə açıqlama verib.

Sualları cavablayan M.Ağayev bildirib: "Bu xəbər yalandır. Boş-boş danışıb, camaatın da, öz vaxtlarını da alırlar. Kimdir ANS-i satan axı? Biz ANS-i satmırıq və heç bir borc filan da yoxdur".

Xatırladaq ki, yerli saytlardan biri yazıb ki, ANS Şirkətlər Qrupu satışa çıxarılıb. Bildirilir ki, şirkətin külli miqdarda vergi borcu var. Şirkət Nəşrlər Evini bağlamaqla həmin borcların öhdəsindən gələ bilməyib. Eyni zamanda ANS Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən ANS televiziyası da satışa çıxarılır. İlkin versiyaya görə televiziyanın gələcək sahibi yüksək çinli məmurlardan biridir. Mənbənin məlumatında o da deyilir ki, Vahid Mustafayev media ilə vidalaşaraq yalnız biznes fəaliyyəti ilə məşğul olmağı planlayır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.