Cəmiyyət

Gülər Əhmədovanın ayağı tutuldu

14 Yanvar 2014 17:54
Baxış: 1 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb

Bu barədə APA-ya məlumat verən Ə.Talıbov G.Əhmədovanın səhhətinin yaxşı olmadığını deyib: "Özünü yaxşı hiss etmir. Ürəyi ağrıyır. Sol ayağı tutulur. Bu, yəqin ki, əsəblə bağlıdır".

Qeyd edək ki, G.Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.