Cəmiyyət

Notarial əməliyyatların sayı azalıb

14 Yanvar 2014 18:07
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ötən il Azərbaycanda ümumən 3 562 659 notarial əməliyyat aparılıb

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.

Bunlardan 2 546 328-i (71%) xüsusi notariusların, 1 016 331-i (29%) isə dövlət notariuslarının payına düşüb. Xüsusi notariuslarda aparılan əməliyyatların sayının artması ötən il ölkədə "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması ilə əlaqədardır.

Qeyd edək ki, 2012-ci illə müqayisədə ötən il ölkədə aparılan notarial əməliyyatların sayı 19% azalıb. Belə ki, inişil ölkədə 4 419 331 notarial əməliyyat aparılmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.