Cəmiyyət

"20 Yanvar - hüzn və qürur günü" sərgisi keçiriləcək

14 Yanvar 2014 17:22
Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yanvarın 16-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində "20 Yanvar - hüzn və qürur günü" adlı sərginin açılış mərasimi keçiriləcək

Muzeydən Trend-ə verilən məlumata görə, sərgidə 20 Yanvar şəhidlərinə məxsus olmuş əşyalar, həmçinin sənədlər nümayiş olunacaq, "20 Yanvar gecəsi", "Müstəqilliyimiz əbədidir və dönməzdir" instalyasiyaları, eləcə də müxtəlif illərdə Muzeyə hədiyyə olunmuş "20 Yanvar" xalçası və "20 Yanvar" rəsm əsəri təqdim olunacaq.

Tədbirdə 1990-cı ilin yanvarında sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs olunacaq, həmçinin 20 yanvar hadisələrinin Azərbaycan xalqının qəhrəmanlıq tarixində tutduğu yerdən söhbət açılacaq, "İrs-Наследие" beynəlxalq jurnalının 20 Yanvar faciəsinə həsr olunmuş və xarici dillərdə çap olunan jurnal nömrələri paylanacaq.

Tədbirdə respublikanın müvafiq dövlət idarələrinin nümayəndələrinin, alimlər, tədqiqatçılar, ali təhsil ocaqlarının müəllim və tələbələri, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı gözlənilir.

"20 Yanvar - hüzn və qürur günü" sərgisi martın 1-dək fəaliyyət göstərəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.