Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədəki tələbələrimiz təqaüdlərini ala bilmirlər
14 Yanvar 2014 16:52
0 Şərh
Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələr Azərbaycan hökuməti tərəfindən onlara ödənilən təqaüdlərin gecikdirilməsindən və bu təqaüdlərin 3 aydan bir onların hesablarına köçürülməsindən narazılıq edirlər.
Trend-in məlumatına görə, tələbələr bildiriblər ki, onlar təqaüdlərini "Beynəlxalq Bank"da fərdi qaydada açdıqları hesablar vasitəsilə 3 aydan bir alırlar: "2013-cü ilin mart ayından sonra təqaüdləri cəmi bir dəfə - noyabr ayının ortalarında 6 aylıq almışıq. Yəni əvvəl təqaüdlər 3 ayda bir dəfə köçürülürdüsə, indi təqaüdlər 6 ayda bir dəfə köçürülür. Yeni dərs ili başlayanda təqaüdə çox ehtiyacımız olur. Ancaq sentyabrda nə qədər gözləsək də, təqaüdlər hesabımıza köçmədi, noyabrda köçdü. Yeni il başlayıb, ancaq hələ də keçən ilin son rübünün təqaüdünü almamışıq".
Türkiyə hökumətinin onlara təqaüdlərini hər ayın 25-də verdiyini deyən tələbələr Azərbaycan hökumətinin də onlara təqaüdlərini aylıq verməsini istəyirlər.
Təhsil Nazirliyindən isə Trend-ə məsələyə münasibət bildirərək deyiblər ki, nazirliyin 9 sentyabr 2003-cü il tarixli 781 nömrəli əmrinə əsasən, hər tədris ilinin sonunda tələbələr təhsil göstəricilərinə dair ali məktəb tərəfindən verilən rəsmi sənədləri təqdim etməklə nazirlikdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat iyun ayının əvvəlindən oktyabrın sonuna qədər aparılır. Qeydiyyat nəticəsində növbəti tədris ili üçün təqaüd almaq hüququna malik olan tələbələrin siyahısı müəyyən olunur. Qeydiyyatdan keçməyən və akademik göstəriciləri aşağı olan tələbələrin təqaüd və yol xərcləri növbəti tədris ili üçün dayandırılır.
Nazirlikdən bildiriblər ki, 2013-cü ilin 2-ci rübü ərzində dövlət xətti ilə təhsil alan tələbələrə aprel, may və iyun ayları üçün nəzərdə tutulan təqaüdlər ödənilib. Növbəti iki rübün (iyul-dekabr) təqaüdləri isə qeydiyyat sona çatdıqdan sonra tələbələrin hesabına köçürülüb. Nazirlik hesab edir ki, təqaüdlərini vaxtında almaları üçün tələbələrin qeydiyyat prosesinə daha məsuliyyətlə yanaşmaları vacibdir.
Təhsil Nazirliyi Azərbaycan tərəfinin Türkiyədə təhsil alan tələbələrimizə təqaüdləri aylıq verməməsinin səbəbini isə belə izah edib ki, dövlət xətti ilə təhsil alan tələbələrin maddi durumuna dəstək məqsədilə Azərbaycan Təhsil Nazirliyi tərəfindən təqaüdlər hər ayın sonu deyil, hər rübün başlanğıcında üç aylıq verilir. Həmçinin bir çox proqramlardan fərqli olaraq, dövlət xətti ilə təhsil alan tələbələrə yay tətilləri dövründə də aylıq təqaüdlər ödənilir. 1 dekabr 2000-ci il tarixində Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyənin Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahələrində əməkdaşlıq haqqında imzalanmış protokola əsasən, Türkiyənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşları üçün ildə bir dəfə gediş-gəliş məqsədilə lazım olan yol xərcləri Azərbaycan, digər xərclər isə (tələbələrə aylıq təqaüd, yerləşdirmə, yemək və ölkədaxili nəqliyyat xərcləri) Türkiyə tərəfindən ödənilir.
Nazirlikdən qeyd edilib ki, sözügedən protokolda müəyyən olunmasa da, tələbələrimizə dəstək məqsədilə Azərbaycan hökuməti onlara Nazirlər Kabinetinin 31 may 2010-cu il tarixli 101 nömrəli qərarına əsasən, təhsil səviyyələrinə (bakalavriat və magistratura üçün 100, doktorantlar üçün 200 ABŞ dolları) müvafiq olaraq aylıq təqaüdlər verir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
"Vahid məktəbli forması sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər "
-
Sabah Culfada işıq olmayacaq
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
XƏBƏR LENTİ
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var