Cəmiyyət

Bakıda "Porsche" səfirlik avtomobilinə çırpıldı

14 Yanvar 2014 13:54
1 Şərh     Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İçərişəhər" tarixi memarlıq qoruğunun ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Kiçik Qala küçəsində, İtaliya səfirliyinin qarşısında naməlum avtomobil səfirliyə məxsus "Ford" markalı minik avtomobilinə çırpılıb. Hadisə vaxtı avtomobildə və yaxınlıqda kimsə olmadığından xəsarət alan da olmayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, səfirlik avtomobilini Bakı şəhər Xəzər rayon sakini Əliyev Pərvin Böyükağa oğluna məxsus "Porsche" markalı avtomobil vurub. Hadisə vaxtı sükan arxasında kimin olduğu hələlik dəqiqləşməyib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.