Cəmiyyət

Bakıda avtobus sürücülərinin ölüm yarışı

14 Yanvar 2014 13:26
0 Şərh     Baxış: 1 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2013-cü ilə Bakı şəhəri üzrə avtobus sürücülərinin iştirakı ilə 68 yol nəqliyyat hadisəsi baş verib.

Bu zaman 34 nəfər ölüb, 78 nəfər xəsarət alıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, fiziki şəxslərə məxsus avtobusların iştirakı ilə baş verən qəzalarda 8 nəfər ölüb, 16 nəfərin xəsarət alıb, hüquqi şəxslərə məxsus avtobusların iştirakı ilə baş verən qəzalarda 26 nəfər ölüb, 62 nəfər xəsarət alıb. 2012-ci illə müqayisədə avtobus sürücülərinin iştirakı ilə baş verən qəza 2 hadisə, 41 xəsarət, 4 ölüm faktı azalıb.

V.Əsədov yük avtomobillərinin iştirakı ilə baş verən yol hadisələrinin statistikasını da açıqlayıb. Belə ki, ötən il yük avtomobillərinin iştirakı ilə 77 yol qəzası baş verib. Bu zaman 24 nəfər ölüb, 71 nəfər xəsarət alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.