Cəmiyyət

Sevinc Babayevanın bağ evini yardılar

14 Yanvar 2014 12:31
Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Babayevanın oğlu Ayxan Məmmədov açıqlamasında xəbəri təsdiqləyib

2012-ci il 26 dekabrda dünyasını dəyişən Sevinc Babayevanın ailəsinə daha bir zərbə də oğrulardan dəyib. Məlumata görə, S.Babayevanın Novxanıda yerləşən bağ evindən oğurluq olub. Məlumatda oğurluq zamanı hansı əşyaların oğurlanması, onun dəyəri barədə məlumat yox idi. S.Babayevanın oğlu Ayxan Məmmədov "Yeni Müsavat"a açıqlamasında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, bağ anasına yox, ana babası Telman Babayeva məxsus olub:

"Novxanıda yerləşirdi, köhnə bir bağ idi. Bir imkansız qohumumuz var idi, onlar yaşayırdılar içində. Amma həmin qohum bir ay bundan əvvəl həmin bağdan köçüb, bizim də xəbərimiz olmayıb. O gün isə xəbər tutduq ki, bağdan ciddi oğurluq olunub.

Müsahibimiz xatırlatdı ki, anasının ölümündən bir neçə ay öncə "Sahil" metro stansiyasının üstündə yerləşən çoxmərtəbəli binanın üstündəki mənzili boşaldılmışdı:

"Həmin mənzildən çıxarılan bütün əşyalar isə Novxanıdakı bağ evinə yerləşdirilmişdi. Orada bahalı xalçalar, çanaq antenalar, dəyəri 2-3 min manat olan antikvar telefonlar, evdən çıxan bir çox bahalı əşyalar var idi. Ev boşaldılandan sonra fikirləşdik ki, oradan çıxan əşyaları harada yerləşdirək. Qərar verdik ki, bağ boşdur, ən münasib yer oradır. Oğrular onların hamısını götürüblər. Hadisənin konkret hansı tarixdə baş verməsini dəqiq deyə bilmərəm. Amma xəbər tutan kimi müvafiq polis orqanına bu barədə xəbər verdik".

A.Məmmədovun sözlərinə görə, hazırda polis bu oğurluq işi ilə bağlı araşdırma aparır. Dünən tezdən polislərlə əlaqə saxlayan A.Məmmədova araşdırmanın aparıldığı bildirilir. Müsahibimizdən "bu, sıradan oğurluq hadisəsidir, yoxsa Sevinc Babayevanın evindən çıxan əşyaların içində gizli sənəd, disk axtarmaq istəyənlərin təşəbbüsü?" sualına cavabda A.Məmmədov dedi ki, hadisədə hər hansı başqa səbəblər axtarmaq lazım deyil: "Bu, adi bir oğurluq hadisəsidir. Bağ yeridir, içəridə adam olmayıb, əşyaları oğurlayıblar. Polislər araşdırmaya başlayıb. Ümid edirəm, yaxın zamanda hər şey üzə çıxacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.