Cəmiyyət

Leyla Yunusun əməliyyat olunması barədə açıqlama verildi - YENİLƏNİB

14 Yanvar 2014 14:34
Baxış: 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:34

Yanvarın 14-də "Media forum" saytının elektron poçtuna özünü Sülh və Demokratiya İnstitutunun layihə meneceri kimi təqdim edən Aynur Şəfiyevadan məlumat daxil olub. Aynur Şəfiyeva bildirib ki, institutunun direktoru Leyla Yunus yanvarın 12-də İstanbulda cərrahiyyə əməliyyatından keçirilib, onun sol göz bəbəyi çıxarılıb və protez göz birləşdirilib.

Məlumat "Media forum" saytında yerləşdiriləndən sonra redaksiya ilə əlaqə saxlayan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib ki, Leyla Yunus heç bir əməliyyat keçirməyib və hazırda Türkiyədə yox, Almaniyadadır: "Sülh və Demokratiya İnstitutunun Aynur Şəfiyeva adlı əməkdaşı yoxdur, yanvarın 14-də onun adından yayılan məlumat həqiqətə uyğun deyil".

---------
12:23

Qafqazinfo xəbər verir ki, yanvarın 12-də hüquq müdafiəçisi Leyla Yunus İstanbul şəhərində yerləşən Alman Hastanesinde cərrahiyyə əməliyyatı olunub.

Uzun müddətdir ki, müalicə olunan Leyla xanımın əməliyyatı normal keçsə də, əməliyyat zamanı onun sol göz bəbəyi çıxarılıb və protez göz birləşdirilib.

Həkimlərin sözlərinə görə, hazırda Leyla xanımın vəziyyəti kafidir, reanimasiya şəraitindədir.

Yanvarın 21-də Leyla Yunus Azərbaycana dönəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.