Cəmiyyət

Sinoptiklərdən Azərbaycan üçün hava sürprizi

14 Yanvar 2014 12:16
21 Şərh     Baxış: 8 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda hava nisbətən mülayimləşəcək, temperatur yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 15-də Bakı və Abşeron yarımadasında havanın əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz ediləcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 15-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz, 9-14 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.