Cəmiyyət

Bakıdakı uşaq bağçalarında daha bir yenilik

14 Yanvar 2014 12:03
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Modern.az saytının məlumatına görə, uşaq bağçalarında tərbiyəçilər, o cümlədən müdirlər də vahid geyimlə təmin olunacaqlar.

Bu, Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) tabeliyində olan bütün bağçalarda vahid formaların tətbiqi planında nəzərdə tutulub. Artıq bir neçə məktəbəqədər təhsil müəssisəsinə yeni libaslar paylanıb.

Qeyd edək ki, BŞİH tabeliyində olan bağçalarda vahid geyim formasının tətbiqinə yanvarın 13-dən başlanılıb. BŞİH-in nəzdindəki Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib ki, pambıq parçadan hazırlanmış, gigiyenik tələbələrə cavab verən, qırmızı-qara rəngli geyimləri uşaqlar yalnız bağça daxilində istifadə edirlər.

Vahid forma uşaqlara pulsuz paylanılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.