Azərbaycanlı siyasətçi yeni elm yaradır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ADP sədrinin əsasını qoyduğu yeni elmlə bağlı Nobel Komitəsinə müraciət etdiyi bildirilir
Musavat.com bildirir ki, "Hürriyyət" qəzetinin yazdığına görə, elmi fikirləri ilə hər zaman gündəmdə olan Sərdar Cəlaloğlu bir ildən çoxdur ki, üzərində çalışdığı nəhəng elmi layihəni başa çatdırmaq üzrədir. Qəzetin "Bəşər tarixinin ən böyük kəşfi" başlıqlı yazısında bildirilir ki, o, açıqlamasında dünyanı şoka salacaq fikirlər irəli sürüb: "O, kondisiologiya adlı elmin əsasını qoyub. Kondisiologiya - mütləq haqqında elmdir ki, bu da yalnız ali dərəcəli elm xadimlərinə deyil, hər bir sadə vətəndaşa mütləq həqiqəti görməyə, bu günə qədər cavabsız qalan bir çox suallara müstəqil şəkildə cavab tapmağa imkan verəcək. Başqa sözlə desək, S.Cəlaloğlunun banisi olduğu kondisiologiya elmini dünya elmində mövcud olan bütün susqunluqların, müşküllərin açarı hesab etmək olar. Cavabı olmayan və ya hələlik məlum olmayan istənilən sualın cavabını bu elmlə tapmaq mümkündür.
Çünki kondisiologiya elmi bütün bu suallara nəinki cavab verir, həm də bu cavabları o qədər sadə və inkaredilməz məntiqlə əsaslandırır ki, bu məntiqə qarşı durmaq, onu hansısa şəkildə təkzib etmək sadəcə mümkünsüzdür. Kondisiologiya elminin daha bir özəlliyi - elmlə dinin barışdırılmasıdır. Kondisiologiya elminin digər bir üstünlüyü minilliklərdir davam edən din və elm qarşıdurmasına son qoyması, hər iki müstəvidə Allah və yaradılışla bağlı prinsipial mövqeləri bir araya gətirməsidir. Bu günə qədər din və elm bir-birini təkzib edən, qarşı cəbhələrdə yer alan sahələr hesab edilsə də, kondisiologiya elmi bunun heç də belə olmadığını, əksinə, elm və dinin bir-biri ilə heyrətamiz dərəcədə uyuşduğunu, bir-birilərinin baxışlarını təsdiq etdiyini sübut edir. Kondisiologiya elmi sübut edir ki, din və elmin Allah və yaradılış məsələsində bir-birinə əks mövqelərdə dayanması ilə bağlı yaradılan təəssürat əslində əsassızdır. Dünyanın Allah tərəfindən yaradıldığını, bütün böyük elmi kəşflərin bu həqiqəti inkar etmədiyini, əksinə, təsdiq etdiyini isbatlayan bu elm, bunun əksinə, dini bilgiləri inkar edən bəzi müddəaların və kəşflərin yanılmadan başqa bir şey olmadığını da təsdiq edir. Bu baxımdan, kondisiologiya elmini yalnız elmdə deyil, həm də dində mövcud olan bütün qırmızı nöqtələr üçün işıq hesab etmək olar".
S.Cəlaloğlu qəzetə müsahibəsində bildirib ki, sözügedən elmin əsasını İslam dininin müqəddəs kitabından götürüb: "Qurani-Kərimdə belə bir ayə var ki, başa düşmək istəyənlər üçün mənim ayələrimdə hikmətlər var. Axtarışların nəticəsində Quranın bir ayəsində Allah-təalanın dünyanı necə yaratmasının kodunu açmışam və həmin kod əsasında kondisiologiya elmi meydana çıxıb".
Moderator.az-ın məlumatına görə isə, özündə yüzlərlə elmi kəşfi ehtiva edən kondisiologiya elmi ilə bağlı S.Cəlaloğlu artıq Nobel Komitəsinə də müraciət edib: "Sərdar Cəlaloğlu Nobel Komitəsinə müraciət edərək öz elmi kəşfi və onun əhəmiyyəti haqqında adıçəkilən qurumu məlumatlandırıb. Nobel Komitəsindən isə bildirilib ki, məlum kəşf quruma Azərbaycandakı hansısa ali təhsil müəssisəsi, akademiya və elmi yaradıcılıq mərkəzləri tərəfindən təqdim edilməlidir. Odur ki, yaxın günlərdə Sərdar Cəlaloğlunun nəhəng elmi müəssisələrdən birinin xətti ilə bəşər tarixinin ən böyük kəşfi sayılacaq icadını Nobel Komitəsinə təqdim edəcəyi gözlənilir".
Kəşf?
Milli.Az bildirir ki, mütləq, yəni absolyut barədə "elm" əslində illər əvvəl Rusiyanın Perm vilayətində yaşayan tanınmış rus riyaziyyatçı Sergey Arel (Kalyujnı) tərəfindən irəli sürülmüş yeni metafizik nəzəriyyədir.
"Mənim nəzəriyyəm, yəni mütləq barədə yeni elm kainatın necə doğulması, kainatın gələcəyi, cənnət və cəhənnəmin harada olması, ruhların harada olması barədə suallara cavab verir. Mütləqin, yəni absolyutun nə olması və onun dərkolunmazlığının əslində yanlış təsəvvürdən ibarət olmasını sübut etmişəm", - Sergey Arel bildirmişdi.
Sergey Arel iddia edir ki, kainatımız 4 ölçülü məkan olan "Hipers"in daxilindədir və bu hiperkainatda ümumi antiqravitasiya var. Bu postulatlara istinadən də mütləq barədə nəzəriyyə formalaşır.
Qədim sanskrit kitabələrində də "Mütləqin dərk edilməsi", "Mütləq və həqiqət", "mütləqin dərkedilməzliyinin yanlışlığı" barədə geniş açıqlamalar var.
Həmin açıqlamalarda mütləqin dərki qismində "Şadanakar" ifadəsindən istifadə olunur.
Məşhur rus ezoterik Yelena Blavatskayanın əsərlərində də mütləq barədə "elm"i açıqlamalar geniş yer alıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
"Vahid məktəbli forması sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər "
-
Sabah Culfada işıq olmayacaq
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
XƏBƏR LENTİ
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var





