Cəmiyyət

Xaçmazda 1000-dək at və eşşək leşi tapıldı - YENİLƏNİB - VİDEO - FOTO

14 Yanvar 2014 14:20
22 Şərh     Baxış: 4 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:20

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmazda meşə massivində aşkar edilən heyvan cəsədləri ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar. Bu barədə RTV-yə  rayon polis şöbəsinin  rəis müavini Valik Vəlimətov məlumat verib. Onun sözlərinə görə, artıq həmin əraziyə polis əməkdaşları baxış keçiriblər.

Heyvan cəsədlərinin meşə massivinə atanların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

---------
10:10

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunda, meşə massivində çoxlu sayda heyvan leşi tapılıb. Təxminən 1000-dək at və eşşək leşi yoldan 250-300 metr aralıda, Xaçmaz rayonun Qımıl kəndi ərazisində aşkarlanıb.

Faktla meşə gözətçisi İlyas İlyasov qarşılaşıb. O, bu vəzifəyə yeni təyin olunduğunu deyir. Ərazini təhvil-təslim edərkən buraya baxış keçirib və çoxlu sayda at və eşşək leşini tapıb.

Onun sözlərinə görə, meşənin üç hissəsində bu cür heyvan məzarlığı var. O, bu barədə rəhbərliyə məlumat verdiyini deyir.

Əraziyə heyvan leşləri axşam saatlarında gətirilir. Ehtimal olunur ki, bu heyvanların ətindən kolbasa istehsalında istifadə olunur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.