Cəmiyyət

Doğrudur ki, zibili evdə saxlamaq ruzini azaldar?

8 Dekabr 2013 20:56
4 Şərh     Baxış: 5 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az İslam.az-a istinadən bildirir ki, bunu mütləq olaraq söyləmək olmaz. Ümumiyyətlə, İslam təmizlik və paklıq dinidir. Zibili evdə çox saxlamaq gigiyena cəhətdən də ziyandır. Ona görə də zibildən tezliklə azad olmaq məsləhətdir. Zibili evdə saxlamağın ruziyə mənfi təsiri barədə bəzi hədislərdə buyurulub.

Əllamə Məclisi "Hilyətül-müttəqin" kitabının "Xatimə" bölümündə İmam Əlidən (ə) rəvayət edir ki, süpürülmüş toz-torpağı atmayıb evin içində saxlamaq, evin divarlarındakı hörümçək torunu dağıtmamaq (yəni divarları təmiz saxlamamaq) ruzini aaldar və kasıblığa səbəb olar. Digər mənbələrdə qab-qacağı yumayıb kirli halda səhərə saxlamaq və gecə evi süpürmək də kasıblıq gətirən səbəblərdən sayılıb. Bir daha qeyd edirik ki, bunlar mütləq deyil və tövsiyə xarakteri daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.